Bakıda piyadalar üçün minalanmış sahələr

Bakıda piyadalar üçün minalanmış sahələr
01.07.2026 14:19

“Bakıda səkilərin vəziyyəti pis gündədir”.

Bu fikri TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, Bakıda əsas problem parklanma yerlərinin azlığı deyil, səkilərin onsuz da piyada hərəkəti üçün yetərli olmamasıdır.


“Bakıda elə küçə yoxdur ki, onun əvvəlindən sonuna qədər piyada maneəsiz hərəkət edə bilsin. Səkilər müxtəlif səbəblərdən daraldılıb, bir hissəsi avtomobil yollarına, bir hissəsi parklanma yerlərinə çevrilib. Belə vəziyyətdə səkilərin daha bir hissəsinin avtomobillərə verilməsi doğru yanaşma deyil”, – deyə o bildirib.

Rauf Ağamirzəyev qeyd edib ki, müasir şəhərsalmada prioritet piyadalara verilməlidir. Onun sözlərinə görə, əvvəlcə baryersiz və geniş səkilər, təhlükəsiz piyada keçidləri, daha sonra mikromobillik və ictimai nəqliyyat nəzərə alınmalı, fərdi avtomobillər isə sonuncu pillədə dayanmalıdır.

Ekspert hesab edir ki, Bakıda ilk növbədə səkilərin genişləndirilməsi, qanunsuz zəbt olunan hissələrin azad edilməsi və piyadaların fasiləsiz hərəkətinin təmin olunması vacibdir. O vurğulayıb ki, səkilər daraldıqca insanlar məcburən hərəkət zolağına çıxır ki, bu da yol-nəqliyyat hadisələri riskini artırır.

Rauf Ağamirzəyev əlavə edib ki, hazırda əsas diqqət yeni parklanma yerlərinin yaradılmasına deyil, dövlət proqramında nəzərdə tutulan 8.1.6.7-ci bəndin - səkilərin abadlaşdırılması və bu istiqamətdə işlərin sürətləndirilməsi üzrə öhdəliklərin icrasına yönəldilməlidir. Onun sözlərinə görə, son vaxtlar şəhərin bəzi ərazilərində piyada küçələri və yaşıl dəhlizlər kimi layihələr həyata keçirilsə də, bunlar hələlik lokal xarakter daşıyır. 

Ekspert söyləyib ki, küçə layihələndirməsində universal dizayn prinsiplərini əsas götürərək, fərqli hərəkət iştirakçıları üçün təhlükəsiz hərəkət imkanı yaradılmalıdır.

Xanım Musayeva

FOTOLAR

Bakıda piyadalar üçün minalanmış sahələr — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Ali təhsil almaq istəyənlər DİQQƏT! Həftəsonu imtahan VAR 14:38 Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..." 14:07 İtkin-şəhidimiz Xaçmazda dəfn olundu 14:01 MEDİA-nın builki qalibləri bəlli oldu: Maliyyə dəstəyi alacaq media subyektləri hansılardır? 13:52 Nurlana Əliyeva vəfat etdi 13:45 NATO Bakıda təlimlərə başladı: Ordunun intellektual elitası daha da möhkəmlənir 13:38 AZAL bu istiqamət üzrə bilet satışına başladı 13:35 Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirdi 13:26 Sabah hava neçə dərəcə olacaq? 13:09 Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik? 12:58 800 illik monastır belə yandırıldı - VİDEO 12:51 Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib" 12:38 Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar 12:18 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:07 Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi? 11:53 Paşinyana məğlub olmuş erməni keşişi Azərbaycanı müharibəylə hədələdi 11:48 Bütün Xəbərlər