Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirildi

Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirildi
16.10.2025 10:33

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası"nın Fakültativ Protokolu, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyası, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu əsasında təşkil edilən başçəkmədə məqsəd bu müəssisədə saxlanılan şəxslərlə, xüsusilə əlilliyi olan qadınlarla bağlı rəftar və şəraitin araşdırılması, onların hüquqlarının təmini məsələlərinin və göstərilən xidmətlərin vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı əlilliyi olan qadınlar, həmçinin səhhətində problemləri olan 30-a yaxın şəxs saxlanıldığı kameralarda, habelə öz istəklərinə uyğun olaraq konfidensial qaydada qəbul edilib.

Qadınların saxlanıldığı kameralara, eyni zamanda, müəssisənin tibb-sanitar hissəsinə baxış keçirilib, palatalarda saxlanılan şəxslərlə konfidensial söhbətlər aparılıb. Qidalanma, gəzinti, sovqat qəbulu, görüş və telefon danışığı ilə bağlı müvafiq hüquqların təmini vəziyyəti araşdırılıb, Ombudsmana ünvanlanan müraciətləri qəbul olunub.

Başçəkmə zamanı mövcud vəziyyət qiymətləndirilərək əlilliyi olan şəxslərə münasibətdə müyəssərliyin təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, habelə saxlanılan əlilliyi olan qadınların siyahısının aparılması və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı müəssisənin və tibbi sanitar hissənin rəhbərliyinə müvafiq tövsiyələr verilib, həmçinin hüquqi maarifləndirici söhbətlər aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 Bütün Xəbərlər