Azərbaycan tolerantlıq və multikulturalizm məkanı kimi tanınır – Ramin Məmmədov

Azərbaycan tolerantlıq və multikulturalizm məkanı kimi tanınır – Ramin Məmmədov
22.10.2025 11:10

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti dini, mədəni müxtəlifliyi qorumaqla, həm də ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaratmışdır”.

TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumunun açılış mərasimində deyib. 

Onun sözlərinə görə, bu siyasət müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etmək üçün sosial və mənəvi məsuliyyətin sərhədlərini dəqiq müəyyən edir:

“Haqlı olaraq tolerantlıq və multikulturalizm dəyərlərimizlə fəxr edirik. Azərbaycan dövlətinin dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır. Klassik İslam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, burada aparılacaq elmi diskussiyalar təcrübə mübadiləsi baxımından həm Azərbaycan alimləri, həm də digər iştirakçılar üçün faydalı olacaq. Simpoziumun gündəliyinə daxil edilmiş mövzular təkcə akademik müzakirə predmeti deyil, eyni zamanda bəşəriyyətin gələcəyinə, mədəniyyətlərarası dialoqun perspektivlərinə təsir edən strateji məsələləri əhatə edir”. 

R.Məmmədov bildirib ki, sürətlə dəyişən müasir dünyamızda elmi-texnoloji inkişaf, qloballaşma, informasiya axını, mədəniyyətlərarası əlaqələrin dərinləşməsi yeni fürsətlər yaradır. Lakin bu dəyişikliklər həm də müəyyən mənada xalqların ənənəvi dəyərlər sisteminə təsir göstərir:

“Biz indi çox konkret və olduqca vacib bir suala cavab axtarırıq: mənəvi irsə, ənənələrə, dəyərlərə toxunmadan yeni reallıqlara uyğunlaşmaq mümkündürmü? Bu sualın cavabı bizə həm də mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində müasir dini təhsil modelləri barədə aydın təsəvvür əldə etməyə imkan yarada bilər.

Bu təsəvvürləri dəqiqləşdirmək üçün başqa bir suala da cavab axtarmaq zərurəti meydana çıxır: müasir dünyanın hansı dini təhsil modelinə ehtiyacı var? Biz elə bir model tapmalıyıq ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edə bilsin”.

Sədr, həmçinin vurğulayıb ki, ictimai münasibətlər sisteminin çox vacib elementlərindən biri kimi çıxış edən dövlət-din münasibətləri fonunda dini təhsilin institusional əsaslarının qurulması ənənəvi dini biliklərin tədrisində rəqəmsal texnologiyalar, süni intellekt, innovativ təhsil metodları kimi vacib alətləri tətbiq etmək məcburiyyəti doğurur.  Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm bir alətdir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 Şəmkirdə ağır qəza: Ölənlər var 18:18 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bütün Xəbərlər