Aşura günü nələr etmək olar, nələr qəti olmaz? - "Çimməmək, sabun istifadə etməmək…"

Aşura günü nələr etmək olar, nələr qəti olmaz? - "Çimməmək, sabun istifadə etməmək…"
25.06.2026 13:08

Azərbaycanda Məhərrəm ayı 2026-cı ildə iyunun 16-da daxil olub. Bu gün - 25 iyun isə Aşura günüdür. Müqəddəs hesab edilən matəm günü Məhərrəm ayının 10-cu günü hesab olunur.

TodayPress TV-yə danışan ilahiyyatçı Tural İrfan bu mövzuya dair geniş açıqlama verib. 


O, Aşura gününün mahiyyəti, bu gündə görülməli olan əməllər və cəmiyyətdə yayılan bəzi yanlış ənənələr barədə fikirlərini bölüşüb.

İlahiyyatçı bildirib ki, Aşura günü İslam tarixində İmam Hüseynin şəhadəti ilə əlaqəli mühüm bir gündür və bu günün əsas məqsədi xatirənin yad edilməsi, ibrət alınması və humanitar dəyərlərin gücləndirilməsidir:

"Aşura günü İmam Hüseynin şəhadətə yetdiyi gündür. Onu və Vətən yolunda canından keçmiş şəhidlərimizi yad etmək, dualar oxumaq, ehsanlar vermək yaxşıdır. Bu gün keçiriməsi vacib olan xüsusi bir dini ehkam, əmr yoxdur. Ən münasib olan qan vermək, ehtiyacı olanlara əl tutmaq, yardım etməkdir. Mümkün qədər xurafat və mövhumata uymamaq lazımdır. Şəhidlərə hörmət və ehtiramı İslam dininin tələblərinə uyğun göstərmək önəmlidir".

Ekspert həmçinin bəzi ənənələrin dini əsasının olmadığını vurğulayıb və fiziki özünə zərər verən davranışlara qarşı çıxıb:

"Zəncir vurmaq, sinə döymək, ümumiyyətlə özünü vurmaq yaxud süni şəkildə insanları ağlamağa məcbur etmək Qurana ziddir. Aşura günü Həzrət Hüseynin cənnət məqamına qədəm qoyduğu gündür. Gərək bu xatirə günü ona layiq şəkildə qeyd edilsin. Hadisənin motivləri olduğu kimi, təhrif olunmadan, günümüzün reallığına uyğun olaraq nəql edilməli, cəmiyyətə çatdırılmalıdır. Bu günlə əlaqələndirilən “sabun istifadə etməmək”, “çimməmək” və “saça xına qoymamaq” kimi düşüncələrin İslamla heç bir əlaqəsi yoxdur".

Tural İrfan qeyd edib ki, Aşura günü ehsan vermək, yardım aksiyaları təşkil etmək və xüsusilə qanvermə kimi humanitar təşəbbüslər daha məqsədəuyğundur:

"İnsanlara su paylanılması, ehsan verilməsi çox gözəl işdir və İmam Hüseynin əxlaqına uyğundur. İmam Hüseyn insanlığa nicat vermək üçün şəhid olubsa, biz də mümkün olan bütün humanitar addımları atmalı, insanlara maddi və mənəvi dəstək olmalıyıq".

O, Azərbaycanda artıq ənənəyə çevrilmiş qanvermə aksiyalarını da yüksək qiymətləndirib və bu təşəbbüsün daha da genişləndirilməsini təklif edib:

"Bu aksiyalar təkcə Aşura günü ilə məhdudlaşmamalıdır, bütün Məhərrəm ayı boyunca davam etməlidir. İnsanların bir gündə toplanıb qan verməsi hər zaman mümkün olmur. Buna görə də məscidlərdə və digər uyğun məkanlarda müxtəlif günlərdə qanvermə aksiyaları təşkil oluna bilər. Aşura mərasimlərinin əsas məqsədi xeyirxahlıq, maarifləndirmə və insanlara yardım olmalıdır. Dini məclislərdə xurafatdan uzaq durulmalı, daha çox elm, maarif və sosial fayda ön plana çıxarılmalıdır", - deyə ilahiyyatçı fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya 10:58 Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Bütün Xəbərlər