Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar

Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar
14.07.2026 13:19

Azərbaycanda doktoranturaya qəbul və elmi dərəcə alma prosesində mövcud problemlər yenidən müzakirə mövzusuna çevrilib.

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı danışan filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva hesab edir ki, doktoranturaya marağın azalmasının əsas səbəbi gənclərin elmə maraqsızlığı deyil, sistemdə mövcud olan süni maneələr və həllini gözləyən problemlərdir.


Onun sözlərinə görə, son illərdə doktoranturaya qəbul prosesi ildən-ilə daha da çətinləşdirilib və bu addımların əsaslandırılması kimi Azərbaycan elminin beynəlxalq səviyyədə inkişafı göstərilsə də, gözlənilən nəticə əldə olunmayıb:

"Doktoranturaya qəbul ildən-ilə çətin və əlçatmaz şəkil alır. Guya keyfiyyətli elm, Azərbaycan elmini beynəlxalq aləmdə təmsil etmək niyyəti ilə ingilis dilindən minimum imtahan maksimum səviyyəyə çatdırıldı. Bundan Azərbaycan elmi və gəncliyi nə isə qazandımı? Əsla, yox. İngilis dili mərhələsini uğurla keçərək doktoranturaya qəbul olunanların böyük hissəsi sonradan elmi fəaliyyətə ciddi töhfə verə bilmir. Min bir zillətlə ingilis dili mərhələsini keçib doktorant adını qazananlar alim adını ala, elmi dərəcə əldə edəndən sonra elmə fayda verə bildilərmi? Məlum nitqdən sonra bu sualın cavabının da mənfi olduğu məlum olur".

Dosent diqqətə çatdırıb ki, doktorantların yalnız təxminən 7 faizinin dissertasiya müdafiəsini başa çatdıra bilməsi ciddi araşdırılmalı olan məsələdir.

"Doktorantların niyə cəmi 7 faizi müdafiə edə bilir, digərləri isə yox? Bunları araşdırmaq lazımdır. Mövcud vəziyyətin bir neçə əsas səbəbi var. Doktorantlar elmi fəaliyyət üçün zəruri olan metodologiya və akademik yazı bacarıqlarını sistemli şəkildə mənimsəyə bilmirlər. Onlar sadəcə ingilis dilini öyrənir, ona elmi metodika, elmi üslub və digər vacib bacarıqlar öyrədilmir".

Fəlsəfə doktoru həmçinin beynəlxalq indeksli jurnallarda məqalə dərc etdirmək tələbinin də bir çox gənc tədqiqatçı üçün ciddi maliyyə yükü yaratdığını vurğulayıb:

"Doktoranta yüksək indeksli jurnallarda nəşr tələbi qoyulur. Həmin nəşrlərin əksəriyyəti ödənişlidir və buna hər kəsin maddi imkanı çatmır. Doktorant çox zaman elmi rəhbərin tövsiyə və həqiqi rəhbərliyinə möhtac durumda qalır. Elmi rəhbər isə ya mövzu üzrə mütəxəssis deyil, ya da aldığı simvolik rəhbər maaşına görə bu məsələdə maraqlı olmur".

O, daha sonra prosesdə qeyri-rəsmi amillərin roluna da toxunaraq bildirib ki, bəzi şəxslər maddi imkanlarından istifadə etməklə və ya müxtəlif yollarla prosesi daha rahat keçə bilirlər.

"Kimlər daha kəsmə yolla nail olur? Maddi imkanı yaxşı olub işini yazdıran, lazımi instansiyalara 'hörmət' edib işini sürətləndirənlər. Belə halların mövcudluğu elmin inkişafına da mənfi təsir göstərir. Bu sonuncu kateqoriyadan olanlar müdafiə etsə belə, elmə və cəmiyyətə nə faydası var?".

Səadət Şıxıyeva sonda elmi dərəcə aldıqdan sonra alimlərin sosial vəziyyətinin də gənclərin elmə marağını azaltdığını qeyd edib.

"Müdafiədən sonra isə cəmiyyətin aztəminatlı zümrəsinin nümayəndəsinə çevrilmək reallığı da müdafiəyə marağı azaldan səbəblərdəndir. Bunlar yadıma düşənlərdir. Səbəblər isə daha çox və daha bezdiricidir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
İran şəhərlərində ardıcıl partlayış səsləri eşidilir: Ölənlər var 14:45 Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR 14:37 Prezidentin maşınında selfi çəkdi - FOTO 14:33 TƏCİLİ: Kreml Azərbaycana qarşı – Bakının Ukraynanı müdafiə etməsi imperiyanı dilə gətirdi 14:15 Nihat Kahveci saxlanıldı 13:55 Sabahın havası açıqlandı - Termometrlər maksimum həddə çatacaq? 13:18 Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar 13:19 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı 13:11 Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı 13:09 Tramp: Hörmüzə tam nəzarət edirik! 13:06 Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası 13:02 İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 10:57 Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü 11:45 Pakistandan Macarıstan liderinə hədiyyə - 90 manqo göndərdi 11:44 Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Bütün Xəbərlər