Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI
23.06.2026 22:40

Azərbaycanda 2010-cu ildən etibarən beynəlxalq fənn olimpiadalarının qalibləri istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə ediblər.

TodayPress TV xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsashibəsində deyib.

Onun sözlərinə görə, eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazdan yararlana bilirlər.

DİM sədri məktəbdaxili qiymətləndirmə ilə qəbul sistemi arasındakı fərqlərə də toxunub. "Şagirdlərin illik və fənlər üzrə qiymətləri mövcud olsa da, ali məktəblərə qəbul zamanı əsas göstərici buraxılış və qəbul imtahanlarının nəticələridir".

O bildirib ki, ölkə üzrə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmə vahid standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni sualları cavablandırırlar.

"Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yüksək nəticə göstərən şagirdə yüksək qiymət verə bilər. Bu isə məktəblər arasında qiymətləndirmə fərqlərinin yaranmasına səbəb olur", – o qeyd edib.

M.Abbaszadə əlavə edib ki, məktəb qiymətləri ilə imtahan nəticələri arasında hər zaman tam uyğunluq müşahidə olunmur. Bununla belə, hər il məktəbdə yüksək qiymət alan şagirdlərin buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələr təhlil edilir və müqayisəli statistikalar ictimaiyyətə təqdim olunur.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 Bütün Xəbərlər