Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açıldı

Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açıldı
26.09.2025 02:23 Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil edilən "Tacik tikmə dünyası" adlı sərginin açılışı olub.

TodayPress TV xəbər verir ki, sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və nəfis tikmələr nümayiş olunub.

Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Ekspozisiyaya Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri daxildir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutacaq.

Tacik tikmələrini rəngli və həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzəyir. Onların üzərindəki hər bir naxışın - nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. 2018-ci ildə Tacikistanın "Çakan" tikmə sənəti UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir. Bu layihə mayın 20-də Düşənbədə keçirilmiş "Azərbaycanın milli irsi incəsənət incilərində yaşayır" sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin davamıdır.

Açılışda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon, Milli Məclisin deputatı, Azərbaycan-Tacikistan Parlamentlərarası Qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistan Milli Muzeyinin direktoru İbrohimzoda Zafarşo Safa və digər rəsmi şəxslər və mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin incəsənət ustalarının çıxışları, o cümlədən musiqi nömrələri və rəqslər nümayiş olunub. Gülcanaq Məmmədova "Shodu-shod" tacik mahnısını, Firuzə Curayeva isə "Skertso" bəstəsini ifa edib.

Sərginin məqsədi təkcə Tacikistanın sənət xəzinələrini nümayiş etdirmək deyil, həm də iki ölkə arasında mədəni körpüləri gücləndirmək, incəsənət və tarix sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirməkdir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Bütün Xəbərlər