Yer kürəsinin maqnit sahəsi niyə sıradan çıxdı?

Yer kürəsinin maqnit sahəsi niyə sıradan çıxdı?
03.04.2026 19:15 Maraqlı

Alimlər Ediakaran dövrünə (təxminən 630-540 milyon il əvvəl) aid Yerin maqnit sahəsindəki qəribə dalğalanmaları izah etmək üçün yeni model irəli sürüblər.

TodayPress TV xəbər verir ki, əvvəlcə bu dəyişikliklərin tektonik plitələrin sürətli hərəkəti və ya planetin fırlanma oxuna nisbətən yerdəyişmə ilə bağlı olduğu düşünülürdü.

Lakin yeni tədqiqat dəyişikliklərin məyyən qanunauyğunluq izlədiyini göstərir. Tədqiqatçılar Mərakeşin Anti-Atlas bölgəsindəki vulkanik süxurları araşdıraraq qədim maqnit “barmaq izlərini” toplayıb. Yel Universitetinin professoru Devid Evans qeyd edib ki, yeni yanaşma Yerin maqnit sahəsinin dəyişkənliyini təsadüfi deyil, müəyyən modelə uyğun olaraq baş verdiyini göstərir.

Araşdırma nəticəsində məlum olub ki, dramatik maqnit dəyişiklikləri milyon illər ərzində deyil, sadəcə minilliklər ərzində baş verib. Həmçinin, maqnit qütblərinin hərəkətinin fırlanma oxu ilə məhdudlaşmadığı, planet səthinin əhəmiyyətli sahələrindən keçə bildiyi aşkar edilib.

Yeni statistika metodları həmin dövrdə qitələrin və okeanların yerləşməsini daha dəqiq yenidən qurmağa imkan verir. Evans bildirir ki, bu yanaşma Yer kürəsinin geoloji tarixini anlamaqda böyük boşluğu doldura bilər və qədim dövrlərdən günümüzə qədər qitələrin hərəkətləri arasındakı əlaqələri aydınlaşdırmağa kömək edəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər