Qədim Romada qəhvəyi ayılar qladiatorlarla döyüşdürülüb

Qədim Romada qəhvəyi ayılar qladiatorlarla döyüşdürülüb
04.09.2025 19:00 Maraqlı

Serbiya, Polşa və ABŞ-dən olan tədqiqatçılar müəyyən ediblər ki, qədim Romada qladiator döyüşlərində qəhvəyi ayılar da istifadə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Labrujulaverde” nəşri məlumat yayıb.

Nəticə 2016-cı ildə Serbiyada qədim Viminasium şəhərinin amfiteatrında tapılmış parçalanmış ayı kəlləsinin araşdırılmasından sonra ortaya çıxıb. Sümük qalıqları 6 yaşlı yerli mənşəli erkək ayıya məxsus olub. Alimlərin fikrincə, ayı döyüşlərdə iştirak etməsi üçün əsirlikdə saxlanılıb.

Araşdırmada heyvanın kəlləsində küt alətlə vurulma izləri, dişlərində isə dəmir və ya taxta barmaqlıqları gəmirə-gəmirə aşınma əlamətləri aşkarlanıb. Bundan əlavə, parodontoz və stress izləri də qeydə alınıb. Alimlər hesab edirlər ki, ayı bir neçə dəfə arenaya çıxarılıb, ağır zədə alıb və sonda infeksiyadan ölüb.

Tarixi mənbələrə görə, qədim Roma amfiteatrlarında yalnız qladiator və məhkum döyüşləri deyil, həm də vəhşi heyvanlarla tamaşalar təşkil olunurdu.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Bütün Xəbərlər