Kennedinin öldürülməsi ilə bağlı İDDİA: O, sevgi hekayəsinin qurbanı olub?

Kennedinin öldürülməsi ilə bağlı İDDİA: O, sevgi hekayəsinin qurbanı olub?
19.05.2025 15:07 Maraqlı

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Ralf Qanis, ölkənin 35-ci prezidenti Con Kennediyə qarşı sui-qəsdin əsl sifarişçilərinin prezidentin yaxın ətrafı olduğunu iddia edib. Onun sözlərinə görə, bu qərar Kennedinin Sovet casusu olan qadınla sevgi münasibətlərinin ictimailəşəcəyi qorxusu ilə verilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Radar Online” nəşri məlumat yayıb.

Qanis bildirib ki, 1963-cü ilin noyabrında Dallasda baş verən sui-qəsdin arxasında ABŞ-nin hərbi komanda strukturu olan “Milli Komanda Səlahiyyəti” dayanıb. O iddia edir ki, əldə etdiyi sənədlərə əsasən, prezident Sovet İttifaqının agenti olan qadınla əlaqədə olub və bu məlumatın tezliklə mediaya sızması gözlənilib.

Keçmiş kəşfiyyatçı əlavə edib ki, Kennediyə atəş açan şəxs rəsmi olaraq ittiham edilən Li Harvi Osvald deyil, Fransa ordusunun sabiq kapitanı və ultrasağçı “Gizli Silahlı Təşkilat”ın üzvü Jan Rene Suetr olub.

Suetrin Fransa müstəmləkəçiliyini müdafiə edən hərbi əməliyyatlarda iştirak etdiyi, sonradan isə İspaniyada yaşadığı və Afrikada muzdlu döyüşçü kimi fəaliyyət göstərdiyi deyilir.

Qanisin fikrincə, sui-qəsd planı sabiq nasist diversant, "SS" zabiti Otto Skorzeninin rəhbərliyi ilə hazırlanıb. O, bu iddiasını “Skorzeni sənədləri” adlandırdığı materiallara əsaslandırır və deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) onun prezidentin aradan qaldırılması üçün muzdlu qrup təşkil etməsinə görə ödənişlər edib.

Qanis onu da əlavə edib ki, Kennedinin aradan götürülməsi ABŞ rəhbərliyində geniş yayılmış casusluq və fahişəlik şəbəkəsinin ifşa olunmasının qarşısını almaq məqsədi daşıyıb.

Onun sözlərinə görə, bu şəbəkəyə konqresmenlər, senatorlar və lobbiçilər daxil olub və məlumatların yayılması ölkəni reputasiya böhranına sala bilərmiş.

Bununla belə, Qanisin iddiaları nə ABŞ-də, nə də beynəlxalq ekspertlər arasında ciddi əks-səda doğurmayıb.

Təqdim etdiyi “sübutlar” əsasən fərziyyələrə və əvvəllər təkzib olunmuş məlumatlara əsaslanır.

Rəsmi araşdırmalara görə, Kennedini Li Harvi Osvald təkbaşına öldürüb.

Son illərdə Donald Trampın təşəbbüsü ilə açıqlanan sənədlər də bu versiyanı təkzib etmir.

Lakin hadisə ilə bağlı müəmmalar hələ də qalmaqdadır.

Töhfə Səməd

XƏBƏR LENTİ
10 AVQUST 2026
Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 Oman sahillərində neft tankeri batdı: 800 kvadratkilometr ərazi çirkləndi 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Britaniyanın milyonlarla funtluq fosil xəzinəsi Əbu-Dabiyə satıldı 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA 08:57 Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər! 08:41 Paytaxtın bu ərazilərində işıq olmayacaq 08:38 Messidən Argentina mediasına qarşı sərt qərar! 08:30 Tatarıstanda PUA həyəcanı: Neft emalı zavoduna hücum edildi - VİDEO 08:26 Cüdo millimiz Avropada növbəti uğura imza atdı! 08:18 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Masallı sakinlərinin NƏZƏRİNƏ! Bu kəndlər qazsız qalacaq 22:06 Bal min illərlə xarab olmadan qala bilər – SƏBƏBİ 22:16 80 il əvvəl baş verən inanılmaz hadisə: ABŞ Aya siqnal göndərdi 22:44 Soyuducunun dəyişdirilməli olduğunu göstərən əlamətlər - DİQQƏT 22:54 Süni intellekt “canlı” virus yaratdı: Alimlər TƏHLÜKƏDƏN narahatdır 23:01 Təbiətin möcüzəsi: Yerin altında “inci xəzinəsi” tapıldı 23:05 5 qat NBA çempionu vəfat etdi 23:09 Zelenski qışla bağlı həyəcan təbili çaldı: “Heç biri salamat deyil” 23:14 Cəlilabadda güclü partlayış: transformator alışıb yandı - VİDEO 00:58 Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı 23:18 Bütün Xəbərlər