"Asteroid 2025 US6" ilə bağlı bütün məlumatlar açıq bazadan yoxa çıxdı

"Asteroid 2025 US6" ilə bağlı bütün məlumatlar açıq bazadan yoxa çıxdı
28.10.2025 19:45 Maraqlı

ABŞ-nin Aeronavtika və Kosmos Agentliyi (NASA) Moskva və Moskva ətrafında müşahidə edilən parlaq bolidlə əlaqəli ola biləcək "2025 US6" adlı asteroid haqqında məlumatı açıq mənbələrdən çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyası (XRAS) öz “Telegram” kanalında məlumat yayıb.

Laboratoriyanın açıqlamasına görə, hadisədən əvvəl asteroidin trayektoriyası və texniki göstəriciləri NASA-nın rəsmi kataloqunda açıq şəkildə yerləşdirilmişdi. Lakin hazırda həmin məlumatlar nə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) bazasında, nə də Avropa Kosmik Agentliyinin güzgü resurslarında mövcuddur.

Elmi hesablamalara əsasən, təxminən iki metr diametrli kosmik cisim 28 oktyabrda Yerə 150 min kilometr məsafədən keçməli idi. Mütəxəssislər Moskva üzərində bu gün müşahidə edilən parlaq hadisənin həmin cisimlə əlaqəli ola biləcəyini istisna etmirlər.

Xatırladaq ki, 27 oktyabr axşamı Moskva səmasında parlaq işıq zolağı müşahidə edilib. Rusiya Elmlər Akademiyasının alimləri bunun yüksək sürətlə (14–30 km/saniyə) hərəkət edən asteroid ola biləcəyini bildiriblər. Onların sözlərinə görə, bu tip cisimlər adətən atmosferdə qısa müddət qalır və tez yanır.

Bundan başqa, müşahidələr zamanı obyektin intensiv şəkildə parçalandığı qeyd olunub ki, bu xüsusiyyət daha çox süni (texnogen) obyektlərə xas sayılır.

Qeyd edək ki, daha əvvəl Çində 40 atom bombasına bərabər gücə malik asteroid toqquşması nəticəsində böyük krater aşkarlanmışdı.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Bütün Xəbərlər