Yeddi ayda meyvə-tərəvəz ixracından 500 milyon dollardan çox gəlir əldə edilib

Yeddi ayda meyvə-tərəvəz ixracından 500 milyon dollardan çox gəlir əldə edilib
19.08.2025 11:01 İqtisadiyyat

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 506.4 milyon ABŞ dolları dəyərində 490.6 min ton meyvə-tərəvəz ixrac edilib.

TodayPress TV xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 32% və ya 122.5 milyon dollar, həcmi isə 33.1% və ya 122 min ton artıb.

2024-cü ilin ilk 7 ayında Azərbaycan 383.9 milyon ABŞ dolları dəyərində 368.6 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 156.9 milyon dollar dəyərində pomidor (143.6 min ton), 82.5 milyon dollar dəyərində meşə fındığı (11.4 min ton), 38.3 milyon dollar dəyərində alma (54.4 min ton ), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 28.1 milyon dollar dəyərində kartof (70.8 min ton), 4.3 milyon dollar dəyərində nar (5 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.33%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24.25%-ə bərabər olub.

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Bütün Xəbərlər