Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı müzakirə edir

Azərbaycan və Özbəkistan vergi sahəsində əməkdaşlığı müzakirə edir
19.06.2025 09:50 İqtisadiyyat

Azərbaycan və Özbəkistanın vergi administrasiyaları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Özbəkistanın Dövlət Vergi Komitəsinin sədri Şerzod Kudbiyevlə görüş keçirib. Görüşdə rəqəmsal texnologiyaların tətbiq edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın artırılması sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

O.Nəzərli iki ölkə arasında vergi sahəsində formalaşan əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıb, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatların qarşılıqlı maraq doğurduğunu, bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edib.

Ş.Kudbiyev isə Azərbaycanın son illərdə vergi sahəsində həyata keçirdiyi islahatları təqdir etdiyini bildirib və bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını vurğulayıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Bütün Xəbərlər