Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış
22.06.2026 02:00

Timus vəzisi uzun illər yalnız uşaqlar üçün vacib olan orqan hesab edilirdi. Hətta onun böyüklər üçün appendiks kimi funksiyasız olduğu düşünülürdü.

TodayPress TV xəbər verir ki, bu barədə AİF.ru məlumat yayıb.

Məlumatda bildirilir ki, Harvard Universitetinin alimlərinin apardıqları araşdırma timus vəzisi ilə bağlı bu təsəvvürü tamamilə dəyişib. Məlum olub ki, bu orqanın orqanizmdə rolu olduqca böyükdür və onun çıxarılması onkoloji xəstəliklərin yaranma riskini, eləcə də müxtəlif səbəblərdən ölüm ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Çəngələbənzər vəzi kimi də tanınan timus döş sümüyünün arxa hissəsində, ağciyərlərin arasında və ürəyin ön tərəfində yerləşir. Yeni doğulmuş uşaqlarda bu vəzi o qədər böyük olur ki, demək olar, ürəyi tam örtür.

Məhz bu orqanda immun sisteminin ən vacib komponentlərindən biri olan T-limfositlər formalaşır. Bu hüceyrələr yad cisimləri və nəzarətdən çıxmış daxili hüceyrələri müəyyən edərək məhv edir. İmmunitet sistemi əsasən uşaqlıq dövründə formalaşdığı üçün timus həmin mərhələdə həyati əhəmiyyət daşıyır. Yaş artdıqca yeni T-limfositlərin istehsalı zəifləyir, mövcud hüceyrələr isə uzun müddət fəaliyyət göstərərək immun yaddaşını qoruyur. Buna görə də uzun illər timusun böyüklər üçün artıq əhəmiyyətini itirdiyi hesab olunurdu.

Hətta ürək, ağciyər və ya qalxanabənzər vəzi üzərində cərrahi əməliyyatlar zamanı həkimlər çox vaxt timusu sadəcə "maneə yaratdığı" üçün çıxarırdılar. İndiyədək bunun ciddi fəsad yaratmadığı güman edilirdi. Lakin yeni araşdırmalar bunun əksini göstərib.

"The New England Journal of Medicine" jurnalında dərc olunan tədqiqatın nəticələri diqqətçəkən olub.

Araşdırmaya əsasən, cərrahi əməliyyatdan sonrakı beş il ərzində timus vəzisi çıxarılan şəxslərdə ölüm göstəricisi təxminən üç dəfə yüksək olub - 8,1 faiz, halbuki vəzisi saxlanılanlarda bu göstərici 2,8 faiz təşkil edib. Eyni zamanda, onkoloji xəstəliklərə tutulma riski də iki dəfə artıb - 7,4 faizə qarşı 3,7 faiz. Bundan başqa, timusu çıxarılan xəstələrdə yaranan şişlərin daha aqressiv inkişaf etdiyi və müalicədən sonra təkrarlanma ehtimalının daha yüksək olduğu müəyyənləşdirilib.

Tədqiqatın rəhbəri, Massaçusets Ümumi Xəstəxanasının onkoloqu Devid Skadden bildirib: "Biz müəyyən etdik ki, timus sağlamlıq üçün son dərəcə vacib orqandır. Onun olmaması ölüm və xərçəngin inkişaf riskini ən azı iki dəfə artırır".

"Timus vəzisi uzun illər diqqətdən kənarda qalıb. Halbuki o, insanların niyə fərqli şəkildə qocaldığını və xərçəng müalicəsinin bəzi xəstələrdə niyə gözlənilən effekti vermədiyini izah edə biləcək əsas açarlardan biri ola bilər", - deyə "Nature" jurnalında dərc olunan araşdırmanın həmmüəllifi Hüqo Arts vurğulayıb.

Qeyd olunur ki, tədqiqatın nəticələrinə əsasən, xüsusi tibbi zərurət olmadığı halda timus vəzisinin çıxarılması məqsədəuyğun hesab edilmir. Alimlər cərrahi əməliyyatlar zamanı çəngələbənzər vəzinin rutin şəkildə götürülməsi təcrübəsinə yenidən baxılmasının vacibliyini bildirirlər.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı 21:46 Pikassonun oğurlanmış tablosu tapıldı 21:44 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış 21:42 DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşmədi 01:09 Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı 21:39 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - FOTO 00:02 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO 20:24 Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu 21:21 ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu 20:21 Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq 21:19 Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 İran heyəti Trampın təhdidlərindən sonra danışıqlar məkanını tərk etdi 20:56 Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 "Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin 20:27 ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü 20:05 Bütün Xəbərlər