Əncir ağacları karbon qazını daşa çevirir

Əncir ağacları karbon qazını daşa çevirir
07.07.2025 19:00 Maraqlı

Beynəlxalq alimlər qrupu bəzi əncir ağaclarının atmosferdən karbon qazını (CO₂) udaraq onu mineral formada – kalsium karbonat şəklində – gövdələrində saxlaya bildiyini müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Avropa Geokimya Assosiasiyası (European Association of Geochemistry, EAG) yayıb.

Araşdırma Keniyanın şimalındakı quraq Samburu bölgəsində bitən üç müxtəlif əncir növü üzərində aparılıb. Onlardan biri "Ficus wakefieldii" CO₂-ni bağlayaraq onu təbaşir və əhəng daşının əsas komponenti olan kalsium karbonata çevirmək qabiliyyəti göstərib.

Alimlərin izahına görə, adətən bitkilər fotosintez prosesi vasitəsilə karbonu üzvi formada toplayır. Lakin əncir ağaclarında əlavə bir mexanizm aşkar edilib: onlar əvvəlcə kalsium oksalat kristalları yaradır və bu kristallar zamanla parçalanaraq qeyri-üzvi kalsium karbonata çevrilir. Bu mineral karbon yüzlərlə il ərzində torpaqda qala bilir.

Daha maraqlısı odur ki, bu minerallaşma təkcə torpaqda deyil, ağacların toxumalarında da baş verir. Sinxrotron analizləri göstərib ki, ağacların oduncaq toxumalarında da kalsium karbonat mövcuddur. Bu, o deməkdir ki, ağaclar “daxildən daşlaşır” və atmosfer karbonunu möhkəm şəkildə fiksasiya edir.

Tədqiqatçılar həmçinin müşahidə ediblər ki, əncir ağaclarının ətrafındakı torpaq daha qələvi olur, bu da onun münbitliyini artırır və qida maddələrinin daha yaxşı mənimsənilməsinə şərait yaradır.

Bu cür oksalat-karbonat mexanizmi daha öncə yalnız meyvə verməyən ağaclarda müşahidə olunmuşdu. "Ficus wakefieldii" bu mexanizmin təsdiqləndiyi ilk meyvə verən ağac növü kimi elmə düşüb. Bu kəşf onu aqromeşəçilik üçün son dərəcə perspektivli edir: həm torpağı bərpa edə bilər, həm CO₂-ni udar, həm də məhsul verir.

Əvvəllər tədqiq olunmuş "Milicia excelsa" (iroko) adlı ağacın ömrü boyu bir tonadək kalsium karbonat toplaya bildiyi müəyyən edilmişdi. Alimlər hesab edir ki, xüsusilə tropik bölgələrdə bu xüsusiyyətə malik daha çox sayda ağac növü mövcuddur.

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUL 2026
Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Bütün Xəbərlər