Alimlər zədələnmiş ürəyi bərpa etməyin yeni yolunu tapdılar

Alimlər zədələnmiş ürəyi bərpa etməyin yeni yolunu tapdılar
19.06.2026 03:00

Süni yolla yaradılmış ürək əzələsinin klinik sınaqlarının birinci mərhələsi uğurla başa çatıb. Bu üsul ağır ürək çatışmazlığı olan xəstələrin müalicəsində ciddi ümidlər yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə "Nature" jurnalı məlumat yayıb.

Tədqiqatın nəticələrinə görə, induksiya edilmiş pluripotent kök hüceyrələrindən əldə olunan əzələ toxuması, ürək çatışmazlığından əziyyət çəkən və ənənəvi müalicəyə cavab verməyən pasiyentlərdə müsbət dinamika nümayiş etdirib.

Alimlər bildirirlər ki, əldə olunan ilkin məlumatlar metodun effektivliyini təsdiqləyir və növbəti klinik sınaqların keçirilməsinə zəmin yaradır. Məlum olduğu kimi, zədələnmiş ürək əzələsi hüceyrələri (kardiomiositlər) orqanizmdə təbii yolla bərpa olunmur. Buna görə də tədqiqatçılar zədələnmiş toxumaları laboratoriya şəraitində yetişdirilmiş süni materiallarla əvəzləmək texnologiyası üzərində cəmləşiblər.

Bu üsul uzun illər davam edən laboratoriya sınaqlarından sonra insanların müalicəsində tətbiq olunmağa başlayıb. Hazırkı mərhələdə ekspertlər standart müalicə üsullarının kömək etmədiyi pasiyentlərdə ürək funksiyalarının bərpası üçün bu texnologiyanın böyük potensiala malik olduğunu təsdiqləyiblər.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Bütün Xəbərlər