Təki pul olsun, evdə saxlayaq - Banklar niyə belə edir?

Təki pul olsun, evdə saxlayaq - Banklar niyə belə edir?
26.06.2026 19:27 İKT

Son hadisələr fonunda bank sistemlərində baş verən texniki problem cəmiyyətdə həm kibertəhlükəsizlik, həm də banklara etimad məsələsini yenidən gündəmə gətirib. Bəzi şəxslər bunu yüksək ixtisaslı İT mütəxəssislərinin çatışmazlığı və bankların texnoloji hazırlığı ilə əlaqələndirirlər. Rəsmi açıqlamada hadisənin texniki nasazlıqdan qaynaqlandığı bildirilsə də, bu vəziyyət bankların kibertəhlükəsizlik imkanları ilə bağlı sualları aktuallaşdırıb.

Mövzu ilə bağlı İKT üzrə ekspert Vüsal Məmmədzadə TodayPress TV-yə danışıb.


Ekspertin fikirlərinə görə, təkcə Azərbaycanda deyil, bütün dünyada bankların elektron ödəniş sistemləri olduqca mürəkkəb texnoloji infrastruktur üzərində qurulub. Bu səbəbdən bəzən kiçik bir proqram xətası, uğursuz sistem yenilənməsi və ya texniki nasazlıq belə genişmiqyaslı problemlərə səbəb ola bilir.

Belə hallarda ilk ehtimal kimi adətən kiberhücumlar gündəmə gəlir. Lakin ötən gün baş verən hadisənin xarakteri və yayılan rəsmi açıqlamalar bunun kibermüdaxilə deyil, texniki nasazlıq olduğunu göstərir.

Vüsal Məmmədzadə, həmçinin bildirib ki, bu cür problemlər adətən prosessinq mərkəzinin və ya bankın texniki infrastrukturunda yaranan nasazlıqlardan qaynaqlanır. Serverlərdə yaranan problemlər, proqram təminatının yenilənməsi zamanı baş verən xətalar, məlumat bazalarının sinxronizasiya pozuntuları və ya sistemin yüksək yüklənməsi nəticəsində vəsaitlərin təkrar silinməsi kimi hallarla qarşılaşmaq mümkündür. Belə vəziyyətlərdə səhv əməliyyatların qarşısını almaq və sistemin sabit fəaliyyətini bərpa etmək üçün banklar müvəqqəti olaraq mobil tətbiqlərə girişi və bəzi əməliyyatları məhdudlaşdıra bilirlər.

Onun sözlərinə görə, texniki nasazlıq aradan qaldırıldıqdan sonra sistem əməliyyatları avtomatik şəkildə uzlaşdırılır, təkrar silinən vəsaitlər geri qaytarılır və hesab balansları düzgün vəziyyətə gətirilir. Bu hadisə ilə bağlı da rəsmi açıqlamaya əsasən, söhbət kiberhücumdan deyil, texniki nasazlıqdan gedir.

Xanım Musayeva

XƏBƏR LENTİ
26 IYUN 2026
Rəqəmsal vergi tətbiq edənə 100% gömrük rüsumu qoyulacaq - Tramp 20:34 Aİ tarixində ilk: Enerji saxlama sistemlərinə dair üçtərəfli saziş imzaladı 20:27 Tramp İranı atəşkəsi pozmaqda İTTİHAM ETDİ 20:21 Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ 20:06 DÇ-2026 tarixin ən çox tamaşaçı toplayan çempionatı oldu 20:01 Zavodda partlayış baş verdi, ölən var 19:29 Türkiyənin məşhur aktyoru vəfat etdi 19:37 İyunun 23-dən etibarən Hörmüz boğazında böyük təxliyə - Rəqəmlər açıqlandı 19:25 Təki pul olsun, evdə saxlayaq - Banklar niyə belə edir? 19:27 Bəqai Körfəz ölkələrini tənqid etdi - "Hücumlara görə məsuliyyət daşıyırlar" 18:52 Azərbaycan kursantları Qazaxıstanda - "Aybın-2026" toplanışı 18:59 ABŞ-nin ələ keçirdiyi gəminin iranlı heyəti vətəninə qayıdır - RƏSMİ 18:30 BƏƏ və İran XİN rəhbərləri regional gərginliyi müzakirə etdilər 18:21 SON DƏQİQƏ: Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi 18:29 TƏCİLİ: Oman ABŞ-dən yardım istədi — Xüsusi qüvvələr artıq ərazidədir 18:17 Yaponiyada güclü zəlzələ baş verdi 18:13 Bakıda UFC-yə sayılı saatlar: Rəqiblərin ilk qarşılaşması baş tutdu 18:04 Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM 17:47 Pekində təyyarə 528 metrlik göydələnə çırpıldı - VİDEO 17:38 Türkiyə Səfirliyinin paylaşımı diqqət çəkdi – Azərbaycan Ordusuna belə səsləndilər 17:20 Zaxarova Paşinyanı “demaqoq” adlandırdı 17:06 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı artdı 16:51 Ceyhun Bayramov İtaliyalı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə etdi 16:46 Bu milli komandalar DÇ-2026-da növbəti matçlarına çıxacaqlar 16:28 Yeni generallara rütbələri təqdim edildi - FOTO 16:19 Bütün Xəbərlər