Osman Gündüz: “Startap ekosistemində investisiya vəziyyəti kritikdir”

Osman Gündüz: “Startap ekosistemində investisiya vəziyyəti kritikdir”
25.08.2025 13:23 İKT

“Rəqəmsal inkişaf və startap ekosistemi üzrə mühüm qurumlardan biri olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun verdiyi son açıqlamaya görə, son 3 il ərzində Azərbaycandakı startaplar beynəlxalq investor və təşkilatlardan ümumilikdə 2,4 milyon avro (təqribən 3 milyon ABŞ dolları) xarici investisiya cəlb edə bilib. Lakin təəssüf ki, bu vəsaitlərin hansı startaplar tərəfindən cəlb edildiyinə dair ictimaiyyətə detallı məlumat verilməyib”. 

TodayPress TV xəbər verir ki, bunu rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, əgər təqdim edilən rəqəm rəsmi və ümumi göstəricidirsə, bu, ölkəmizdə startap ekosisteminin hazırkı vəziyyətinin nə dərəcədə zəif olduğunu bir daha ortaya qoyur. 

“Yerli vençur fondlarının ya ümumiyyətlə mövcud olmaması, ya da olanların startaplar üçün əlçatan olmaması, eyni zamanda xarici investisiyaların da son dərəcə məhdud olması, ümumi mənzərəni daha da ağırlaşdırır. 

Müqayisəli təhlil üçün region ölkələrində 2024-cü il üzrə vençur maliyyələşməsi ilə bağlı göstəricilərə nəzər salmaq yerinə düşər:

Qazaxıstan – $110 milyon (təqribən 37% artım)

Ermənistan – $135 milyon, bunun $8 milyonu yerli vençur fondlarından

Gürcüstan – $28 milyon (təqribən 30% artım)

Özbəkistan – $15 milyon (2,5 dəfə artım)

Qırğızıstan – $2 milyon (artım müşahidə olunur)

Azərbaycan – $1 milyon (azalma: 2023-cü ildə bu rəqəm təqribən $2,2 milyon idi)

Bu rəqəmlər açıq şəkildə göstərir ki, Azərbaycanın startap ekosistemində investisiya cəlbi baxımından vəziyyət həm regionda, həm də Mərkəzi Asiyada ən zəif göstəricilərdən birinə malikdir”.

Ekspert vurğulayıb ki, artıq 10 ilə yaxındır ki, vençur maliyyələşməsi ilə bağlı qanunvericilik bazasının formalaşdırılması gecikir. 10 maddəlik qanun layihəsinin müxtəlif mərkəzi icra orqanlarında hazır olmasına baxmayaraq, qarşılıqlı rəqabət və səlahiyyət bölgüsü ilə bağlı razılaşmaların olmaması səbəbindən bu vacib sənəd qəbul edilə bilmir.

Bununla belə, texnologiya mütəxəssisi prosesin tam pessimist notlarla qiymətləndirilməsini düzgün hesab etməyib: 

“Ümidverici məqam odur ki, cari ildə Azərbaycan Mərkəzi Bankı sözügedən qanun layihəsinin maraqlı tərəflərə təqdim olunacağını açıqlayıb. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən İRİA üçün maliyyə vəsaitlərdən istifadə ilə bağlı Qaydalar təsdiqlənib. İndi əsas məsələ bu vəsaitin İRİA-ya vaxtında ayrılması və effektiv istifadəsinin təmin olunmasıdır.

Eyni zamanda, vençur fondlarının sayının artırılması və mövcud fondların şəffaf fəaliyyətinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, hazırda ölkədə fəaliyyət göstərən yeganə vençur fondu olan “Caucasus Ventures” fəaliyyəti ilə bağlı kifayət qədər şəffaflıq və açıq əlçatanlıq təmin edə bilmədiyindən, yerli startaplar bu fondun imkanlarından lazımi səviyyədə faydalana bilmirlər. İRİA bu fondun fəaliyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə açıq müzakirələr təşkil edərsə, bu, startap ekosisteminin inkişafına əhəmiyyətli töhfə verə bilər”.

O.Gündüz sonda diqqətə çatdırıb ki, xüsusilə ilkin inkişaf mərhələsində olan startapların maliyyələşməsi sahəsində vəziyyət daha da çətindir. 

“İRİA, RİNN, KOBİA və digər əlaqəli qurumların bu sahəyə diqqəti artırması və koordinasiyalı fəaliyyət göstərməsi vacibdir”, - deyə o fikrini yekunlaşdırıb.

Töhfə Səməd

FOTOLAR

Osman Gündüz: “Startap ekosistemində investisiya vəziyyəti kritikdir” — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Bütün Xəbərlər