“Apple” “Google”un süni intellektindən istifadə edə bilər

“Apple” “Google”un süni intellektindən istifadə edə bilər
23.08.2025 14:30 İKT

“Apple” şirkəti “Siri” səs köməkçisinin yeni versiyası üçün “Google”un “Gemini” süni intellektindən istifadə etmək istiqamətində danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in mənbələrinə görə, “Apple” 2026-cı ildə istifadəyə veriləcək fərdiləşdirilmiş süni intellekt modelinin hazırlanmasını “Google”a təklif edib və şirkət buna müsbət yanaşıb.

Bununla belə, “Apple” hələ yekun qərar qəbul etməyib – şirkət ya öz texnologiyasını, ya da tərəfdaş modellərini seçəcək. Bu ilin əvvəlində “Apple” “Siri” üçün potensial beyin kimi “Claude” və “ChatGPT” modellərini qiymətləndirmək məqsədilə “Anthropic PBC” və “OpenAI” ilə də danışıqlar aparıb.

Mümkün əməkdaşlıq xəbərləri fonunda hər iki şirkətin səhmləri bahalaşıb: “Google”un qiyməti 2,9% artaraq 205,46 dollar, “Apple”ın qiyməti isə 1,4% artaraq 227,95 dollar olub. “Apple” ilkin olaraq 2025-ci ilin yazında “Siri”ni yeniləməyi planlaşdırsa da, texniki çətinliklər səbəbindən layihəni 2026-cı ilə qədər təxirə salıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
07 AVQUST 2026
Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Bütün Xəbərlər