Leau üçün yarış qızışdı: Favorit “Beşiktaş”dır

Leau üçün yarış qızışdı: Favorit “Beşiktaş”dır
27.07.2026 09:30 İdman

“Beşiktaş” “Milan”ın cinah oyunçusu Rafael Leaunun transferi üçün aparılan danışıqlarda ən irəlidə olan klubdur.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist Saşa Tavolyeri məlumat yayıb.

Mənbənin iddiasına görə, hazırda məhz “Beşiktaş” portuqaliyalı futbolçunun nümayəndələri ilə danışıqlarda digər klubları qabaqlayır. “Qalatasaray” da Leau ilə maraqlansa da, “aslanlar”ın marağı hələlik konkret mərhələyə çatmayıb.

Bildirilir ki, “Milan” klubu 27 yaşlı futbolçunu icarəyə buraxmaq niyyətində deyil. Leaunun İtaliya klubunu tərk etməsi yalnız tamhüquqlu transfer əsasında baş tuta bilər. “Rossoneri” rəhbərliyi başqa variantları nəzərdən keçirmir.

Qeyd edək ki, Rafael Leau ötən mövsüm bütün turnirlərdə keçirdiyi 31 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında portuqaliyalı futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid 10:43 Azərbaycanlı FIFA referisi UEFA-da oyunu idarə edəcək 10:39 Dana Uayt Makqreqorla bağlı pis xəbəri açıqladı 10:37 Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı – Tarixin gizli üzü 10:31 Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi 10:25 Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır 10:23 Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında 10:18 Borçalıdakı soydaşlarımızın beynini yudular - İran üçün qurban olan türk oğul - qızlarının miskin görüntüləri - VİDEO 10:17 Pirlo qərarı FIGC-də istefa dalğası yarada bilər 10:10 Pirlo ətrafında qalmaqal: Təyinat dayandırıldı 10:06 Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başladı - VİDEO 09:56 Mourinyodan sərt qərar: Bu futbolçular gedəcək 09:46 Kiyev klubundan UEFA-ya çağırış: Təxribatı araşdırın 09:44 Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO 09:41 Klarkın rekord göstəricisi NBA ulduzlarını kölgədə qoydu 09:34 Leau üçün yarış qızışdı: Favorit “Beşiktaş”dır 09:30 Transfer gündəmini silkələyən iddia təkzib edildi 09:24 Qızıl və gümüş bahalaşdı 09:27 LeBron hələ oynamadan Filadelfiyaya milyonlar qazandırır 09:20 İrandan Ukraynaya sərt xəbərdarlıq: "Bunun bədəli olacaq" 09:11 Türkiyədə böyük həyəcan: Salahın təqdimatı gözlənilir 09:07 ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir 09:03 Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var - VİDEO 08:48 Smilovenkodan Avropa çempionatında növbəti medal 08:59 Bütün Xəbərlər