ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir

ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir
27.07.2026 08:55 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfərdən əvvəl hərbi-siyasi kabinet üzvlərinə bildirib ki, Vaşinqton İsrail qoşunlarının Qəzza zolağı, Suriya və Livandan çıxarılmasını tələb edir.

TodayPress TV  İsrailin "13-cü kanal"ına istinadən xəbər verir ki, Netanyahu bu tələblərə qarşı çıxmaq niyyətindədir.

"Mən qətiyyətlə müqavimət göstərəcəyəm. Onlara yox deyəcəyəm", - telekanal baş nazirin sözlərindən sitat gətirib.

Daha əvvəl İsrailin hərbi-siyasi kabineti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının Qəzza zolağında fəaliyyətinə icazə verib. Qərara yalnız milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qarşı çıxıb.

İsrailin siyasi mənbəsi bildirib ki, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) Qəzzaya yeridilməsinə prinsipial razılıq Trampın bütün girovların azad edilməsinə səbəb olan 20 bəndlik planında nəzərdə tutulub.

Onun sözlərinə görə, Təl-Əviv İsrail Müdafiə Qüvvələrinin (İMQ) "sarı xətt"dəki mövqelərinin qorunub saxlanmasında israrlıdır və HƏMAS tam tərk-silah edilənə və Qəzza zolağı demilitarizasiya olunana qədər qoşunlarını geri çəkmək niyyətində deyil. Hazırkı mərhələdə söhbət İsrailə dost ölkələrin, o cümlədən Uqanda və Mərakeşin təxminən 200 nümayəndəsindən gedir.

Kabinet həmçinin beynəlxalq təşkilatlar haqqında qanuna uyğun olaraq ISF iştirakçılarına toxunulmazlıq verib. Qüvvələr İsrail ordusunun nəzarətində olmayan ərazidə, "sarı xətt"dən kənarda İMQ ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər.

ISF-in hər bir bölməsinin yeridilməsi İsrailin Baş nazirinin, müdafiə və xarici işlər nazirlərinin ayrıca təsdiqini tələb edəcək. Yalnız İsraillə sülh müqaviləsi bağlamış və beynəlxalq arenada ona, yaxud rəsmi şəxslərinə qarşı çıxış etməyən ölkələr qüvvə göndərə biləcəklər. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
27 IYUL 2026
Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə cəbhədə bir-birinə qırdırdı – Tarixin gizli üzü 10:31 Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi 10:25 Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır 10:23 Qalmaqallı NBA çempionu yenidən dəmir barmaqlıqlar arxasında 10:18 Borçalıdakı soydaşlarımızın beynini yudular - İran üçün qurban olan türk oğul - qızlarının miskin görüntüləri - VİDEO 10:17 Pirlo qərarı FIGC-də istefa dalğası yarada bilər 10:10 Pirlo ətrafında qalmaqal: Təyinat dayandırıldı 10:06 Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başladı - VİDEO 09:56 Mourinyodan sərt qərar: Bu futbolçular gedəcək 09:46 Kiyev klubundan UEFA-ya çağırış: Təxribatı araşdırın 09:44 Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO 09:41 Klarkın rekord göstəricisi NBA ulduzlarını kölgədə qoydu 09:34 Leau üçün yarış qızışdı: Favorit “Beşiktaş”dır 09:30 Transfer gündəmini silkələyən iddia təkzib edildi 09:24 Qızıl və gümüş bahalaşdı 09:27 LeBron hələ oynamadan Filadelfiyaya milyonlar qazandırır 09:20 İrandan Ukraynaya sərt xəbərdarlıq: "Bunun bədəli olacaq" 09:11 Türkiyədə böyük həyəcan: Salahın təqdimatı gözlənilir 09:07 ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir 09:03 Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var - VİDEO 08:48 Smilovenkodan Avropa çempionatında növbəti medal 08:59 Yaroslavl vuruldu: Moskvaya çıxış məhdudlaşdırıldı -VİDEO 08:28 Belqorod PUA hücumuna məruz qaldı - VİDEO 08:40 Rostovda faciə: PUA hücumunda ər-arvad həyatını itirdi 08:33 Bu ərazilərdə qaz kəsiləcək 08:37 Bütün Xəbərlər