Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək
Bu gün - 23 avqust Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun növbəti oyunları keçiriləcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisi II turda İspaniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək.
Qrupun digər matçında Portuqaliya və Belçika yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 15:30-da başlayacaq.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İlk turdan sonra Azərbaycan millisi 3 xalla qrup lideridir. Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Hələlik xalı olmayan Portuqaliya sonuncu - altıncı sıradadır.
Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.