Xidmət rəisi “neqodnı” olan vətəndaşlara çağırış etdi

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara çağırış etdi
26.06.2026 22:14 Hərbi

“İlk olaraq müəyyənləşdirmək lazımdır ki, hərbi xidmətdən yayınan şəxslər kimlərdir və nədən yayınırlar? Burada çağırışçılar çağırış prosesindən və ya hərbi vəzifəlilər təkrar tibbi şəhadətləndirmədən, eləcə də təlim toplanışlardan yayınırlar”.

TodayPress TV xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib.

“Yəni konkret olaraq, kateqoriyalar var. El arasında “neqodnı” sözündən çox istifadə edirlər. Burada 3 ildən bir komissiyadan keçməli olan şəxslərdən söhbət gedir. Yayınan şəxslərlə bağlı normalar qanunvericilikdə də əks olunub. Burada maarifləndirmə məsələləri çox böyük əhəmiyyət kəsb edir.

İlk olaraq onların tapılmasında ərazi polis orqanlarına müraciət olunur və birgə axtarış tədbirləri aparılır, inzibati məsuliyyətə cəlb olunurlar. Yeri gəlmişkən, Sizin vasitənizlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına bizə yaxından dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istərdim. Yayınma halları davam etdirdikdə sərhədkeçməyə məhdudiyyət tətbiq olunur, tapılmadıqda isə materiallar prokurorluq orqanlarına göndərilir.

Artıq Cinayət Məcəlləsində də bununla bağlı dəyişiklik edilib və 321-ci maddənin qeyd hissəsində bu təsbit olunur. Xidmət yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil. Bir daha da vətəndaşlarımızı yayınma hallarına yol verməməyə çağırıram. Mənim çağırışım əsasən valideynlərə olacaq. Oğlanların gələcək həyatında müddətli həqiqi hərbi xidmət keçməsi çox vacibdir. Həm “kişilik məktəbi”dir, həm də onlar gələcək həyatlarında hər hansı bir qurumda işləməsi üçün müddətli həqiqi xidmət keçməsi mühüm şərt hesab olunur”, - o qeyd edib.

Xidmət rəisi hərbi xidmətdən yayınan şəxslərlə bağlı suala cavabında bildirib ki, bu prosesi Xidmət daxilində tənzimləməyə çalışırlar: “Faktlar var, bununla bağlı mediada da məlumatlara rast gəlirik, amma bu, kütləvi deyil. Bəzi hallarda prokurorluq orqanları cinayət işlərinə başlanmasını həyata keçirirlər. Bu gün məhkəmə qərarları da mövcuddur. Amma bir daha deyirəm ki, biz həmin faktların kriminallaşdırılmasında maraqlı deyilik.

Biz vətəndaşları nizam-intizama çağırırıq. Bu yerdə “neqodnı” olan vətəndaşlara çağırış edirəm: Öz hərbi biletlərini açsınlar, orada onların komissiyadan keçməsi ilə bağlı konkret tarixlər mövcuddur. Onlar bu hərbi biletə imza çəkiblər. Xahiş edirik, vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək. Bu, həm də Xidmətin işini asanlaşdırar”.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Pensiyalarla bağlı şad xəbər 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda Wildberries-in böyük anbarı yanır 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Rusiyada neft emalı zavoduna PUA hücumu: Partlayış və yanğın baş verdi - VİDEO 08:51 Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq” 08:43 Livan parlamentindən böyük əfv qərarı — Minlərlə məhbus azadlığa çıxa bilər 08:28 Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi 09:09 Qaz təchizatı dayandırılır: Bu ərazilərdə yaşayanlara xəbərdarlıq 08:18 DÇ və Millətlər Liqası mükafatçısı BƏƏ millisinin başına keçdi 09:27 Sakinlərin DİQQƏTİNƏ! Bu ərazilərdə elektrik enerjisi kəsiləcək 08:14 Bu rayonlarda işıq OLMAYACAQ 01:15 Dunay çayında daş sədd tikiləcək 00:32 Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər BAŞ VERİR? 01:03 Bütün Xəbərlər