10 il sonra hərbi xəstəxanalar yenidən gündəmdə: Türkiyə qərarını dəyişir?

10 il sonra hərbi xəstəxanalar yenidən gündəmdə: Türkiyə qərarını dəyişir?
03.07.2026 21:00 Hərbi

Türkiyədə 2016-cı ilin iyul ayında çevrilişə cəhd hadisələrindən sonra start verilən genişmiqyaslı struktur islahatları ordu daxilində komandanlıq zəncirini yenidən formalaşdırmaq və idarəetməni mərkəzləşdirmək məqsədi daşıyır.

Bu prosesin ən çox müzakirə edilən addımı isə Gülhanə Hərbi Tibb Akademiyası (GATA) başda olmaqla, hərbi qospital və xəstəxanaların Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi qərarıdır.

Faktiki olaraq hərbi statusu dəyişdirilən bu müəssisələrin mülkiləşdirilməsi ötən on ilə yaxın müddətdə həm müsbət tərəfləri, həm də doğurduğu praktik ehtiyaclarla Türkiyənin gündəmində qalmağa davam edir.

Qərarın icrasına rəsmi əsas kimi ilk növbədə dövlət təhlükəsizliyini təmin etmək və ordu strukturlarını qeyri-qanuni şəbəkələrin təsirindən tamamilə təmizləmək zərurəti göstərilir.

İslahat nəticəsində hərbi təhsil və tibb müəssisələri Silahlı Qüvvələrin birbaşa tabeliyindən çıxarılaraq mülki sistemə inteqrasiya olunur. Bu addım resursların vahid mərkəzdən idarə edilməsi və böyük tibb komplekslərinin qapılarının sıravi vətəndaşların da üzünə açılması baxımından mülki səhiyyənin yükünü müəyyən dərəcədə yüngülləşdirir.

Digər tərəfdən, hərbi ekspertlər və səhiyyə mütəxəssisləri bu yeni modelin zamanla bəzi spesifik boşluqlar yaratdığını da qeyd edirlər. Xüsusilə döyüş meydanı psixologiyası, odlu silah və qəlpə yaralanmaları, sualtı və aviasiya təbabəti kimi sırf hərbi sahələrdə kadr hazırlığı zəncirinin kəsilməsi əsas müzakirə mövzusudur.

Terrorla mübarizə və sərhədyanı əməliyyatların aktiv fazasında mülki sistemdən ezam olunan həkimlərin sahə şərtlərinə və ordu nizam-intizamına uyğunlaşması müəyyən bir keçid dövrü tələb edir ki, bu da praktikada özünü göstərir. həmçinin, xəstəxanalardakı ümumi sıxlıq hərbi heyətin və xüsusi reabilitasiyaya ehtiyacı olan qazilərin növbəsiz və tam spesifik şəraitdə müalicə alması imkanlarını da gündəmə gətirir.

Bu səbəbdən cəmiyyətdə və siyasi arenada qərara münasibət fərqlidir. Bir tərəf islahatın dövlət çevrilişi risklərini sıfırlamaq və mülki-hərbi balansını qorumaq üçün qaçılmaz olduğunu müdafiə edirsə, qarşı tərəf aparıcı dünya dövlətlərinin öz müstəqil hərbi-tibb sistemlərini saxladığını nümunə gətirərək bu addımın təhlükəsizlik riskləri yaratdığını düşünür.

Hazırda regionda artan gərginlik və Türkiyə Silahlı Qüvvələrinin transsərhəd əməliyyatlarının coğrafiyası hərbi sahədə xüsusi tibb xidmətinin bərpası mövzusunu yenidən masaya gətirir.

Ankara tamamilə 2016-cı ildən əvvəlki köhnə struktura qayıtmağı planlaşdırmasa da, milli təhlükəsizlik reallıqlarına uyğun hibrid bir modelin tətbiqi artıq qaçılmaz hesab olunur.

Bu çərçivədə Milli Müdafiə Universitetinin nəzdində sırf ordu üçün kadr yetişdirəcək hərbi tibb fakültələrinin açılması və terrorla mübarizənin aktiv getdiyi strateji sərhəd bölgələrində birbaşa Müdafiə Nazirliyinə tabe olan mobil və ya stasionar qospitalların qurulması ən real ssenari kimi dəyərləndirilir.

Nicat Osmanlı

XƏBƏR LENTİ
03 IYUL 2026
DÇ-2026: Avstraliya - Misir oyununda hesab bərabərləşdi - YENİLƏNDİ 22:12 Türkiyədə 40 nəfərin yaralandığı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO 23:21 Hamı Xameneinin dəfnindəki bu görüntülərdən danışır - VİDEO 22:43 Dünya bazarında böhran, ABŞ-də rekord qazanc: Nə baş verir? 22:31 Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rənglərinə büründü - FOTO 22:36 Tramp və Netanyahu RAZILAŞDI 22:00 Ən çox saxtalaşdırılan 4 məhsul açıqlandı - Alarkən bu səhvi etməyin 20:58 Trampa qarşı dediyi sözlərdən sonra mayor polisə aparıldı 21:44 32 ölkə Ukrayna ilə bağlı planı TƏSDİQLƏDİ 21:27 Sürücülərin DİQQƏTİNƏ: Bu yollar iki gün bağlı olacaq 21:20 Benzin növbələri uzanır, Duma isə yalnız bunu deyir: “Səbr edin, keçəcək” 21:09 10 il sonra hərbi xəstəxanalar yenidən gündəmdə: Türkiyə qərarını dəyişir? 22:21 Ərdoğan dəvət etdi - Şahbaz Şərif sabah Türkiyəyə gedir 20:44 Zelenski meydan oxudu: “Onları üstələyəcəyik” 20:33 “Yanacaq böhranı xeyrimizədir” - Rus akademik moskvalılara səsləndi 20:28 Evlərdə gizli xəzinə var: Azərbaycan ailəsinin ehtiyatı nə qədərdir? 19:51 Türk dünyası bu bəyannamədə birləşdi 20:20 Axrıncı dəfə olsun, Elvin! 20:12 Rusiyadakı benzin qıtlığı Azərbaycana təsir edəcək? - AÇIQLANDI 20:04 33 ildən sonra itkin-şəhid doğma kəndində dəfn olundu 19:43 Rəsmilər İranda vida mərasimində belə iştirak etdilər - Prezidentin başsağlığı çatdırıldı 19:34 XƏBƏRDARLIQ: İyulun 7-də bu kənd və qəsəbələr qazsız qalacaq 19:13 “Qarabağ”ın yeni transferi bəlli oldu 19:26 Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? 19:19 Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir 19:06 Bütün Xəbərlər