Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq”

Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq”
13.08.2026 08:43 İdman

Fransa millisinin sabiq kapitanı və UEFA-nın keçmiş prezidenti Mişel Platini PSJ ilə “Bavariya” arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş və 5:4 hesabı ilə başa çatan oyuna münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. 

Platini yüksəkhesablı qarşılaşmanın “əsrin oyunu” adlandırılmasını düzgün hesab etmədiyini deyib. Onun sözlərinə görə, yaxşı müdafiə və qapıçının möhtəşəm seyvi də qol qədər dəyərlidir.

“Çempionlar Liqasının yarımfinalında PSJ ilə “Bavariya” arasında 5:4 hesabı ilə başa çatan ilk oyundan sonra insanlar bunu “əsrin oyunu” adlandırırdılar. Şəxsən mən cavab görüşündəki 1:1 hesablı heç-heçəni daha çox bəyəndim.

Qapıçılar ələk kimi idi, müdafiəçilər isə daha da zəif çıxış etdilər. Doqquz qol buraxıldı və biz buna “əsrin oyunu” deyirik? Biz həqiqətən də şou-biznes dünyasında yaşayırıq.

Yaxşı müdafiə oyunu və qapıçının əla seyvi vurulan qol qədər gözəldir. Bundan başqa, iki milyard insan futboldan danışır və öz emosiyalarını ifadə edir. Mən də həmin iki milyard insandan yalnız biriyəm və hər zaman haqlı olmaya bilərəm”, – deyə Platini bildirib.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib. Cavab qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Rusiyada neft emalı zavoduna PUA hücumu: Partlayış və yanğın baş verdi - VİDEO 08:51 Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq” 08:43 Livan parlamentindən böyük əfv qərarı — Minlərlə məhbus azadlığa çıxa bilər 08:28 Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi 09:09 Qaz təchizatı dayandırılır: Bu ərazilərdə yaşayanlara xəbərdarlıq 08:18 DÇ və Millətlər Liqası mükafatçısı BƏƏ millisinin başına keçdi 09:27 Sakinlərin DİQQƏTİNƏ! Bu ərazilərdə elektrik enerjisi kəsiləcək 08:14 Bu rayonlarda işıq OLMAYACAQ 01:15 Dunay çayında daş sədd tikiləcək 00:32 Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər BAŞ VERİR? 01:03 Qara dəliyin yaxınlığında su və toz aşkar edildi! 01:08 Yeməkdən sonra mədədə ağırlıq nə vaxt normal sayılır? - Mütəxəssisdən XƏBƏRDARLIQ 01:27 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 CENTCOM neçə İran gəmisinin istiqamətini dəyişib? 00:36 Suriya hava qüvvələrini bərpa edir, İsrailin narahatlığı artır 01:32 NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı 00:27 UEFA Superkubokunun qalibi müəyyənləşdi! 00:59 ABŞ-nin illərlə İraqda davam edən mövcudluğuna SON QOYULUR 00:51 Bütün Xəbərlər