Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşdü

Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşdü
08.10.2025 14:59

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə Ombudsman Səbinə Əliyeva Azərbaycan və Ukrayna arasında bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin, dostluq münasibətlərinin mövcud olduğunu bildirib.

İki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Tərəflər müharibə şəraitində humanitar məsələlər, mülki əhalinin, o cümlədən qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.

Müvəkkil ölkəmizin uzun illər müharibədən əziyyət çəkdiyini, məcburi köçkün və qaçqın probleminin uzun illər Azərbaycanda aktual olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yüz minlərlə insanın öz dədə-baba yurdundan didərgin salındığını bildirib.

Ombudsman İkinci Qarabağ müharibəsi nəticəsində otuzillik işğala son qoyularaq torpaqlarımızın işğaldan azad edildiyini, keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının bərpa olunduğunu, onların öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib.

Eyni zamanda, qonağa Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyalar, eləcə də həmin missiyaların nəticələrinə əsaslanan hesabatlar barədə məlumat verilib.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib, Ukraynaya humanitar dəstəyinə və ukraynalı uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür edib.

Görüşdə, həmçinin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Banqladeşdə yeni prezident seçildi 16:53 Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 Bütün Xəbərlər