Qətər nümayəndəsi: “Uşaqların onlayn təhlükəsizliyi ortaq məsuliyyətdir”

Qətər nümayəndəsi: “Uşaqların onlayn təhlükəsizliyi ortaq məsuliyyətdir”
23.12.2025 11:44

“Uşaqların internetdə qorunması fərdin, cəmiyyətin və dövlətin birgə öhdəliyidir”.

TodayPress TV xəbər verir ki, bunu Qətər Dövlətinin Sosial İnkişaf və Ailə Nazirliyinin Ailə Məsələləri üzrə köməkçi müavini Şeyxa Şaika bint Cassim Al Tani “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, Qətər Dövləti uşaqların qorunmasını və onların internetdə təhlükəsizliyinin təmin edilməsini fərdin, cəmiyyətin və dövlətin birgə məsuliyyəti kimi qiymətləndirir. Bu məqsədlə internet istifadəçilərini, xüsusilə də uşaqları mövcud risklərdən qorumaq üçün bir sıra institusional və hüquqi tədbirlər həyata keçirilib. Bunlara kibercinayətkarlıqla mübarizə mərkəzlərinin yaradılması, müvafiq qanunvericiliyin gücləndirilməsi və uşaqların, eləcə də yeniyetmələrin internetdən istifadə zamanı təhlükəsizlik və məxfilik qaydalarını anlamasına xidmət edən “Safe Space” platformasının istifadəyə verilməsi daxildir.

Şeyxa Şaika bint Cassim Al Tani vurğulayıb ki, Qətər qanunvericiliyi İslam şəriətinin prinsiplərinə, eyni zamanda cəmiyyətdə dərin kök salmış milli və mənəvi dəyərlərə əsaslanaraq uşaq və ailə institutuna xüsusi önəm verir. Onun sözlərinə görə, Qətər Konstitusiyasında ailənin cəmiyyətin təməli olduğu təsbit edilir və uşağın istismar və laqeydlikdən qorunması dövlətin konstitusion vəzifəsi kimi müəyyən olunub.

O əlavə edib ki, ailə qanunvericiliyi və rəqəmsal mühitlə bağlı cinayət qanunları uşaqların və ailənin müdafiəsini detallı şəkildə tənzimləyir. Buna misal olaraq, 2014-cü il tarixli 14 saylı Elektron Cinayətlər haqqında Qanunun internet üzərindən uşaqlara qarşı törədilən istismar və laqeydlik hallarına görə cəza tədbirləri nəzərdə tutduğunu qeyd edib. Həmçinin 2016-cı il tarixli 13 saylı Şəxsi Məlumatların və Məxfiliyin Qorunması haqqında Qanunun valideynin razılığı olmadan uşaqlara dair məlumatların toplanmasını qadağan etdiyini diqqətə çatdırıb.

Qətər nümayəndəsi bildirib ki, bu qanunvericilik aktlarında uşaqların texnologiyadan mənfi istifadə nəticəsində yarana biləcək bütün risklərdən qorunmasını təmin edən aydın və konkret hüquqi normalar əksini tapıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Banqladeşdə yeni prezident seçildi 16:53 Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 Bütün Xəbərlər