"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqladı

"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqladı
13.10.2025 10:08

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 5,155 milyon manat xalis mənfəətlə başa vurub.

TodayPress TV Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,7 % çoxdur.

9 ay ərzində ASB-nin gəlirləri 40,383 milyon manat (illik müqayisədə 5,2 % çox), xərcləri 33,37 milyon manat (2,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 563 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,295 milyon manat (7,4 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 799,427 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur. Bunun 296,508 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,2 % böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 7,5 % artaraq 672,819 milyon manat, o cümlədən depozit portfeli 6,8 % artaraq 474,479 milyon manat, balans kapitalı isə 6,2 % artaraq 126,607 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Bütün Xəbərlər