Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ

Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ
26.06.2026 20:15 Dünya

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz boğazı və Bəsrə körfəzində gözləyən ölkəyə aid gəmilərin təhlükəsiz şəkildə bölgəni tərk etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Uraloğlu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda bildirib ki, bölgədəki vəziyyət ilk gündən etibarən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə izlənilir.

Onun sözlərinə görə, iyunun 26-na olan vəziyyətə əsasən, müvafiq ərazidə gözləyən bütün gəmilər təhlükəsiz şəkildə çıxış edib.

"Ümumilikdə 15 gəmi təhlükəsiz şəkildə bölgəni tərk edib. Körfəzdə fəaliyyətini davam etdirən Türkiyəyə məxsus üç gəmi isə kommersiya fəaliyyətini davam etdirdiyi üçün bölgədən ayrılmaqla bağlı müraciət etməyib", – deyə nazir qeyd edib.

A. Uraloğlu əlavə edib ki, sözügedən gəmilərdə ümumilikdə 99 Türkiyə vətəndaşı heyət üzvü var və hazırda Bəsrə körfəzindən ayrılmaq istəyən hər hansı Türkiyə gəmisinin müraciəti daxil olmayıb.

Nazir vurğulayıb ki, Türkiyə vətəndaşlarının və dənizçilərin təhlükəsizliyi ilə bağlı proses həssaslıqla izlənilməyə davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Bütün Xəbərlər