Tokayev: Qazaxıstan BTC ilə neftin nəqlini artıracaq

Tokayev: Qazaxıstan BTC ilə neftin nəqlini artıracaq
29.06.2026 18:50 Dünya

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə neftin nəqli həcmlərini artırmaq niyyətindədir.

TodayPress TV "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə danışıqların yekunlarına əsasən bildirib.

"Dövlətlərimiz enerji sektorunda uğurlu əməkdaşlığı dəstəkləyir. Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin nəqli həcmlərini artırmaq niyyətindəyik. Ticarət və iqtisadiyyat üzrə hökumətlərarası komissiya çərçivəsində fəal iş aparılır. Ümid edirəm ki, bugünkü görüş gələcək üçün yeni prioritetlərin müəyyən edilməsinə töhfə verəcək", - Tokayev deyib.

Onun sözlərinə görə, ticarət-investisiya qarşılıqlı fəaliyyəti ikitərəfli münasibətlərin əsası olaraq qalır. Qlobal qeyri-sabitliyə baxmayaraq, iki ölkə arasında əmtəə dövriyyəsinin gələcək artım potensialı var. Tokayev qeyd edib ki, Qazaxıstan Gürcüstan iqtisadiyyatına yarım milyard dollardan çox sərmayə qoyub və hələ də ölkənin ən böyük investorları sırasındadır.

Tokayev həmçinin strateji tərəfdaşlığın qurulması haqqında imzalanmış birgə bəyanatın Qazaxıstan və Gürcüstan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxaracağına əmin olduğunu bildirib. Qazaxıstan Prezidenti strateji tərəfdaşlığın gələcək inkişafına aydın struktur verməyi və energetika, investisiyalar, nəqliyyat əlaqəsi, kənd təsərrüfatı, rəqəmsallaşdırma, turizm və digər perspektivli istiqamətlərə yönəlmiş "yol xəritəsi" hazırlamağı təklif edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına xüsusi diqqət yetirilib. Layihənin əsas iştirakçıları kimi Qazaxıstan və Gürcüstan nəqliyyat-logistika infrastrukturunun inkişafı, konteyner daşımalarının genişləndirilməsi, tarif siyasətinin razılaşdırılması və rəqəmsallaşdırmanın sürətləndirilməsi üzrə ardıcıl tədbirlər görmək niyyətindədir. Qeyd edilib ki, son beş ildə TBNM üzrə tranzit daşımalarının həcmi 3,5 dəfə artıb və 2029-cu ilə qədər marşrut üzrə hərəkət edən konteyner qatarlarının sayının 3 minə çatacağı gözlənilir.

Batumi limanından başqa, Qazaxıstan Gürcüstanın digər liman zonalarında da iştirakını genişləndirməkdə maraqlıdır. Xüsusilə, ötən il qazaxıstanlı investorların iştirakı ilə Potidə yeni multimodal terminal açılıb. Regionlararası əlaqələrin gücləndirilməsi üçün Anakliya limanı da perspektivli layihə adlandırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Bütün Xəbərlər