"Snapchat" uşaqların təhlükəsizliyini pozmaqda ittiham edilir

"Snapchat" uşaqların təhlükəsizliyini pozmaqda ittiham edilir
26.03.2026 18:15 Dünya

Avropa Komissiyası "Snapchat"ın uşaqların müdafiəsi qanunlarını pozması iddiası ilə bağlı araşdırmaya başlayıb.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, araşdırma Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində aparılır və Snapchat platformasının uşaqlar üçün təhlükəsizlik, məxfilik və mühafizə standartlarına əməl edib-etmədiyini müəyyən etməyi hədəfləyir.

Qurum hesab edir ki, sosial şəbəkə yetkinlik yaşına çatmayan istifadəçilərin qanunsuz fəaliyyətlərlə məşğul olmasının qarşısını yetərincə ala bilmir, həmçinin onların qanunsuz mallar, spirtli içkilər və elektron siqaretlərlə bağlı məlumatlara çıxışını məhdudlaşdırmaqda zəiflik göstərir. Bundan əlavə, platformanın istifadəçilərin yaşını düzgün yoxlaya bilmədiyi, doğum tarixlərinin etibarlı şəkildə təsdiqlənmədiyi bildirilir.

Avropa Komissiyası həmçinin qeyd edir ki, qadağan olunmuş məzmunun bildirilməsi üçün mövcud mexanizmlər yetərincə əlverişli və etibarlı deyil.

Xatırladaq  ki, Avropa Komissiyası bundan əvvəl də müxtəlif rəqəmsal platformalarla bağlı araşdırmalar aparıb. Yanvar ayında "X" platformasında inteqrasiya olunmuş "Grok" çatbotu ilə bağlı, fevral ayında isə "TikTok" platformasının istifadəçilərdə asılılıq yaradan interfeysi ilə əlaqədar araşdırmalar başlanıb. Bundan əlavə, "Google" şirkəti də 2025-ci ilin sonunda araşdırmaya cəlb olunub.

Qeyd edək ki, "Snapchat" foto və video paylaşımı üçün nəzərdə tutulmuş mobil mesajlaşma tətbiqidir. Platformanın əsas xüsusiyyətlərindən biri göndərilən məzmunun qısa müddət ərzində əlçatan olması və daha sonra silinməsidir. Şirkətin məlumatına görə, 2025-ci ilin ortalarına qədər Avropa İttifaqında tətbiqin təxminən 94,7 milyon qeydiyyatdan keçmiş istifadəçisi olub. "Snapchat" həmin ilin dekabr ayından etibarən Rusiyada bloklanıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 Bütün Xəbərlər