Paşinyanın ən yaxın adamına gözlənilməz zərbə – Partiyada rədd edildi

Paşinyanın ən yaxın adamına gözlənilməz zərbə – Partiyada rədd edildi
27.06.2026 09:26 Dünya

Ermənistan parlamenti sədrliyinə Mülki Müqavilə Partiyasının Ruben Rubinyanın namizədliyini irəli sürməsi birmənalı qarşılanmır.

TodayPress TV Axar.az-a istinadla xəbər verir ki, parlamentin sədri Alen Simonyan kifayət qədər rasional, qərbyönlü olmaqla bərabər, lideri Nikol Paşinyana sədaqəti və onun siyasətinin aktiv icraçısı kimi tanınır. Simonyan həmçinin Ermənistanın Rusiyanın boyunduruğundan qurtulması, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurması və müstəqil siyasət yeritməsinin əsas təkanverici simalarındandır və bu baxımdan Paşinyan üçün əvəzedilməz kadr sayılır.

Simonyan həmçinin hazırcavablığı ilə də fərqlənir ki, bu da hakim partiyanın təbliğatında mühüm rol oynayır. Elə Nikol Paşinyan da 7 iyunda keçirilən parlament seçkiləri ilə bağlı bir aylıq təbliğat vaxtı Simonyanla birgə görüntülənir, təbliğat avtobusunda Simonyanla birgə oturur, hətta yeməklərini də birgə yeyirdilər.

Bu baxımdan Alen Simonyanın parlament sədri vəzifəsindən kənarda qalması bir qədər də təəccübləndirir.

Mövzu erməni mediasında ciddi müzakirə predmetinə çevrilib. “Joxovurd” yazır ki, Alen Simonyanın parlament sədrliyinə namizədliyinin rədd edilməsi ona ikinci zərbədir. Belə ki, ilk zərbə Baş nazirdən sonra ölkənin ən yüksək ikinci vəzifəsini daşımasına baxmayaraq, onun adının partiya siyahısında ilk onluqda olmaması idi.

“Bu münasibət siyasi qərara çevrildi: Mülki Müqavilə Partiyasının İdarə Heyətinin üzvlərinin əksəriyyəti gizli səsvermə yolu ilə Ruben Rubinyanı parlamentin sədri vəzifəsinə namizəd seçdi və Alen Simonyanı rədd etdi. Sonuncu 20 səsdən yalnız 5-ni aldı.

Hökumət mənbələrinin verdiyi məlumata görə, idarə heyətinin iclasından sonra Alen Simonyan açıq-aşkar ruhdan düşmüş vəziyyətdə evə qayıdıb.

Əldə etdiyimiz məlumata görə, Simonyan yaxın dostlarına əslində aldadıldığını deyib. Namizədlikdən əvvəl o, Nikol Paşinyanla görüşmüş, namizədliyini irəli sürmək üçün onun razılığını almışdı və əmin idi ki, bu razılıq həm də seçilmək üçün siyasi zəmanət deməkdir. Lakin idarə heyəti üzvlərinə səsvermənin açıq yox, qapalı olacağı bildirildikdə, artıq məlum olmuşdu ki, Alen Simonyan hakimiyyətin üstünlük verdiyi namizəd deyil.

Nəticədə, Strasburqdan namizədliyinin lehinə uzaqdan lobbiçilik edən Ruben Rubinyan inandırıcı üstünlüklə Mülki Müqavilənin namizədi oldu.

Bu qərar təsadüfi deyildi. Alen Simonyana qarşı narazılıq uzun müddətdir ki, partiya daxilində toplanır. O, qəbilə düşüncəsi və oxşar idarəetmə tərzi, komanda yoldaşlarını "dostlar"a və "yadlar"a bölməsi və bir çoxu ilə alçaldıcı şəkildə işləməsinə görə qınanılır.

Mənbələrimizə görə, partiya daxilində, xüsusən də Ayk Sərkisyan tərəfindən Simonyana qarşı uzun müddətdir ki, sistemli iş aparılır. Bu baxımdan, Alen Simonyanın məğlubiyyəti pərdəarxası olaraq təkcə Ruben Rubinyanın qələbəsi deyil, həm də Ayk Sərkisyan, Nairi Sərkisyan və onların ataları Zare Sərkisyan üçün siyasi uğur kimi qiymətləndirilir.

Eyni zamanda, Alen Simonyanın komanda yoldaşları artıq onun üçün prezident və ya İrəvan meri vəzifəsinin hazırlandığı barədə fərziyyələri ictimaiyyətə təqdim etməyə çalışırlar. Lakin bu ssenarilərin, ən azı hazırda, heç bir siyasi və ya hüquqi əsası yoxdur.

Prezident Vaaqn Xaçatryan 2022-ci ildə seçilib və onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Bundan əlavə, prezident seçilmək üçün parlamentin ümumi deputatlarının ən azı dörddə üçünün dəstəyi lazımdır. Mülki Müqavilə isə parlamentdə belə çoxluğa malik deyil.

Eyni şey İrəvan meri vəzifəsinə də aiddir. Tiqran Avinyan 2023-cü ilin oktyabrında seçilib və növbəti seçkilər yalnız 2028-ci ilə planlaşdırılıb. Başqa sözlə, hər iki vəzifəyə gəldikdə, Alen Simonyanın belə ambisiyaları varsa, daha uzun illər gözləməli olacaq.

O, parlament mandatını götürəcək, yoxsa imtina edəcək? Hazırda hökumət dairələrində dəqiq cavab yoxdur. Lakin onlar eyni dairələrdə başqa bir qiymətləndirməni gizlətmirlər: adi deputat statusunda Alen Simonyanın eyni parlamentdə özünü rahat hiss etməsi ehtimalı azdır, xüsusən də son illərdə öyrəşdiyi təhlükəsizlik rejimi və Milli Məclis sədri vəzifəsi ilə bağlı rıçaqları olmadığı bir şəraitdə. O, hər yerə cangüdənlərlə gedirdi”, - deyə təhlildə bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
“Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu 09:38 Bütün Xəbərlər