Pakistanın Baş Qərargah rəisi Tehrana gedir - Tarix AÇIQLANDI
Pakistanın Baş Qərargah rəisi Asim Munirin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti avqustun 24-də Tehrana səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, səfər İran və Pakistan arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə, eləcə də İslamabadın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərinin davam etdirilməsinə xidmət edir.
Qeyd olunur ki, səfər çərçivəsində İranın yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçiriləcək.
Aysel Mətləb