Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş

Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş
03.07.2026 14:06 Dünya

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan brifinqdə onun Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə olduğu üçün Milli Məclis sədrliyinə namizəd göstərilməsinin Ankaraya jest olduğu barədə iddialara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, belə iddiaların doğru olmadığını deyib.

“Əvvəlcə sizi məlumatlandırmaq istəyirəm ki, bəli, Milli Məclisin sədri vəzifəsinə namizəd göstərilmişəm. Seçiləcəyim təqdirdə isə aydındır ki, Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi kimi fəaliyyətimi davam etdirməyəcəm. Beləliklə, onların irəli sürdüyü konspiroloji nəzəriyyənin təxminən 90 faizi puç olur.

Bu cür iddialar Ermənistan xalqına qarşı hörmətsizlikdir. Çünki Ermənistanda bütün dövlət vəzifələrinə təyinatlar dolayı yolla da olsa, ölkə xalqının iradəsi ilə formalaşır”, - Rubinyan qeyd edib.

Gələcək parlament sədri Türkiyədə təhsil alması iddiasını da təkzib edərək, bunu “yalan” adlandırıb:

“Yalan danışırlar. Mən Türkiyədə universitetə getməmişəm, orada təhsil almamışam, Türkiyə diplomum yoxdur. Tələbəlik illərimi əvvəlcə Ermənistanda, 2006-2010-cu illərdə İrəvan Dövlət Universitetində keçirmişəm. Daha sonra 2010-2011-ci illərdə Londonda magistr təhsili almışam. Ardınca 2011-2012-ci illərdə Polşada ikinci magistr proqramını bitirmişəm. Həmin təhsil müəssisələrində də türk müəllimlərdən dərs almamışam”.

Rubinyan əlavə edib ki, 2016-2017-ci illərdə cəmi beş ay ərzində Hrant Dink Fondunun proqramında iştirak edib:

“Hrant Dink Fondunun nə olduğunu xatırladım. Türkiyədə erməniəsilli jurnalist Hrant Dink vardı. Səhv etmirəmsə, 2007-ci ildə İstanbulda küçədə öldürülüb. Ardınca onun adını daşıyan və Hrant Dinkin qızı tərəfindən idarə olunan fond yaradıldı. Həmin fondun, səhv etmirəmsə, erməni dilində “Sərhədin o tayında” adlı proqramı var idi. Bu proqram Ermənistan vətəndaşlarına Türkiyədə, Türkiyə vətəndaşlarına isə Ermənistanda müvafiq olaraq təcrübə keçmək imkanı yaradırdı”.

Xatırladaq ki, Ruben Rubinyan Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətində keçirilən gizli səsvermədə parlament sədrliyinə namizəd seçilib. Bu postda o, hazırkı spiker Alen Simonyanı əvəzləyəcək.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Şəmkirdə ağır qəza: Ölənlər var 18:18 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Bütün Xəbərlər