Ərdoğan NATO Zirvəsində iştirak etmək üçün Haaqaya yola düşdü

Ərdoğan NATO Zirvəsində iştirak etmək üçün Haaqaya yola düşdü
24.06.2025 17:55 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Niderlandın Haaqa şəhərinə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, öz "X" hesabında zirvə ilə bağlı önəmli mövzulara dair mövqeyini açıqlayıb.

Ərdoğan bildirib ki, zirvədə NATO-nun müdafiə qabiliyyətini gücləndirəcək addımlar müzakirə olunacaq. O, həmçinin müttəfiqlərin müdafiə xərclərini artırması ilə bağlı yeni hədəflərin müəyyənləşdiriləcəyini vurğulayıb.

“Biz ədalətli yük paylaşımını və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsini xüsusilə müdafiə edirik. Həm də NATO-nun ikinci ən böyük quru ordusunu idarə edən müttəfiqik. Eyni zamanda, ölkəmizin müdafiə imkanlarını daim inkişaf etdirərkən, İttifaqın caydırıcılığına da mühüm töhfələr veririk”, - deyə Prezident bildirib.

Lakin Ərdoğan qeyd edib ki, daha güclü müdafiə və daha təsirli ordu hədəfi ilə irəliləyərkən, müttəfiqlər arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələrin yaradılması qəbuledilməzdir. O, bu cür məhdudiyyətlərin qısa zamanda, heç bir "amma" və "lakin" olmadan aradan qaldırılmalı olduğunu bildirib.

Ərdoğan Avropa İttifaqına da mesaj göndərərək bildirib:

“Avropanın təhlükəsizliyinə bir çox üzv ölkənin cəminə nisbətən daha çox töhfə verən ölkəmiz, İttifaqın müdafiə təşəbbüslərinə uyğun şəkildə daxil edilməlidir”.

Prezident Ərdoğan Ukraynada davam edən müharibənin ədalətli və daimi həll yoluyla sona çatdırılmasının da zirvənin əsas mövzularından biri olacağını bildirib.

Ərdoğan sonda bölgənin bütün dünyada hiss olunacaq müharibə yükünü daşıya bilməyəcəyini qeyd edib və tərəfləri diplomatiyaya üstünlük verməyə çağırıb:

“Əllərin tətikdən çəkilməsi və münaqişələrin həlli üçün diplomatiyaya şans tanınması ən düzgün, xeyirli və məntiqli yol olacaq. Türkiyə olaraq beynəlxalq hüququ nəzərə alan, diplomatiyaya üstünlük verən prinsipial mövqeyimizi qətiyyətlə davam etdirəcəyik”.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
Xamenei haradadır? - MKİ və MOSSAD Xameneinin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Bütün Xəbərlər