Anti-İslam aksiyasında polisi bıçaqlayan əfqan vətəndaşına ömürlük həbs cəzası verildi

Anti-İslam aksiyasında polisi bıçaqlayan əfqan vətəndaşına ömürlük həbs cəzası verildi
16.09.2025 18:30 Dünya

Almaniyanın Ştutqart şəhərindəki Ali Regional Məhkəmə ötən il İslam əleyhinə keçirilən aksiya zamanı insanlara hücum edən 26 yaşlı Əfqanıstan vətəndaşı Süleyman A.-ya ömürlük həbs cəzası verib.

TodayPress TV xəbər verir ki, hadisə 2024-cü ilin may ayı Mannheim şəhərində “Pax Europa” təşkilatının keçirdiyi aksiyada baş verib. 

Süleyman A. tədbirdə çıxış edən spikerə və bir neçə iştirakçıya ov bıçağı ilə hücum edib. 

Hadisə yerinə gələn polis əməkdaşını da bıçaqlayan şəxs bir zabitin ölümünə səbəb olub, daha beş nəfəri isə yaralayıb.

Məhkəmə onun “xüsusi günah ağırlığı” daşıdığına qərar verib. Bu isə gələcəkdə şərti azadlığa buraxılmasının mümkün olmayacağı deməkdir.

Prokurorlar Süleyman A.-nın İŞİD terror qruplaşmasına rəğbət bəslədiyini bildirsələr də, iş terrorçuluq yox, qətl və ağır bədən xəsarəti törətmək kimi qiymətləndirilib. Hücumdan sonra yaralı halda saxlanılan şəxs xəstəxanadan çıxdıqdan sonra- 2024-cü ilin iyununda həbs olunub və məhkəmə prosesi başladılıb.

Qeyd edək ki, hökmdən apellyasiya şikayəti verilə bilər.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
“Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 Bütün Xəbərlər