DÇ-26: Belçika 1/4 finala vəsiqə qazandı
2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
TodayPress TV xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ və Belçika milliləri üz-üzə gəliblər.
Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.
Matça Belçika millisi qolla başlayıb. 9-cu dəqiqədə De Ketelare hesabı açıb: 1:0.
31-ci dəqiqədə ABŞ bərabərlik qolunu vurub. Tillman cərimə zərbəsindən baxımlı qola imza atıb.
2 dəqiqə sonra Belçika yenidən hesabda önə keçib. De Ketelare bu dəfə başla fərqlənərək özünün və komandasının 2-ci qolunu vurub.
İlk hissə Belçikanın üstünlüyü ilə başa çatıb: 2:1.
57-ci dəqiqədə avropalılar 3-cü qolu vurub. Vanaken hesabı 3:1 edib.
Oyunun son dəqiqələrində hesab 4:1 olub. Romelu Lukaku topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.
Matçda başqa qol olmayıb və Belçika millisi adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Belçika 1/4 finalda İspaniya ilə qarşılaşacaq.