Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrıldı - SƏRƏNCAM
22.07.2025 13:21

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, Sərəncama əsasən, altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

XƏBƏR LENTİ
20 AVQUST 2026
NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 Bütün Xəbərlər