“Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

“Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu
11.07.2026 15:10 Daxili siyasət

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb.

Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Şuşa şəhərində Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıblar. Bir il sonra dövlətimizin başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix-memarlıq abidəsində bərpa işlərinə başlanılıb.

Sadıqcanın zirzəmi və iki mərtəbədən ibarət ev-muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir.

Sadıqcanın ev-muzeyi ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.

Ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb.

Dövlət başçısına "Əbədiyyatın səsi" əsəri barədə məlumat verilib.

Bildirildi ki, bu heykəltəraşlıq əsəri Azərbaycanın milli musiqi aləti olan tarın rəmzi-bədii interpretasiyasıdır. Kompozisiyada tarın simlərindən doğan ağac obrazı musiqinin torpaqdan qaynaqlandığını, milli yaddaşdan güc aldığını və yenidən həyata çevrildiyini ifadə edir. Ağac forması kök, davamlılıq və dirçəliş ideyasını simvolizə edir.

Əsər Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın zəngin mədəni irsinə ithaf olunub.

Burada musiqi yalnız səs deyil, həm də milli kimliyin, ruhun və tarixi yaddaşın daşıyıcısı kimi təqdim edilir.

Abidənin müəlifi Əməkdar rəssam Rəşad Mehdiyevdir.

XƏBƏR LENTİ
11 IYUL 2026
Rusiya Sumıya zərbə endirdi, dörd nəfər öldü - YENİLƏNDİ 16:12 Flik köhnə tanışını "Kamp Nou"ya gətirir! – Kərim Adeyemi "Barselona" ilə müqavilə imzalayır 16:01 İsrail Livanın cənubuna hava zərbələri endirdi 15:58 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı oldu 16:25 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub 16:06 "Apple"ın ilk qatlana bilən smartfonu gəlir 15:53 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub 15:35 Türkiyənin NATO-da söz sahibinə çevirilməsi Azərbaycan üçün inanılmaz imkanlar açdı 15:21 Müctəba Xamenei qisas andını içdi: "Atamın qanını o şərəfsiz qatillərdən alacam" 15:15 “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu 15:37 Morten Yulmannın "Sportinq"dəki 141 matçlıq erası bitdi 14:43 Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı... 14:37 Bakıda 3 küçə tamamilə məhdudlaşdırılacaq – SƏBƏB... 14:15 Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq 14:13 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü 14:10 Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir 13:51 "Ağ-qaralar"ın təcrübəli kapitanı formanı təhvil verdi 13:42 Kim qapıları bağladı! – "Biz yox, NATO və tərəfdaşlarınız silahsızlaşsın" 13:34 Dağlıq rayonlarda yaşayanların nəzərinə! Temperatur... 13:18 Pərdəarxası Hörmüz bazarlığı – Vaşinqton Tehrandan hansı rəsmi bəyanatı tələb edir? 12:47 Azərbaycanlıların rayonunda amerikalı ailəni 4 yaşı oğlu ilə dərədə öldürdülər - İllərə damğa vuran olay 12:17 Fatimənin qatili Batumi aeroportunda saxlanıldı - FOTO/VİDEO 12:22 Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video 12:11 Amerika kəşfiyyatı Trampın öldürülməsinə imkan vermədi – Sui-qəsdi necə açdılar? 11:43 Ukrayna Rusiyanın adını gördüyü hər şeyi dağıdır 11:26 Bütün Xəbərlər