AMİP Anım Günü ilə bağlı bəyanat verdi

AMİP Anım Günü ilə bağlı bəyanat verdi
27.09.2025 13:36 Daxili siyasət

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Anım Günü ilə bağlı bəyanat verib

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Milli İstiqlal Partiyası vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümü olaraq qeyd edilən Anım Günündə qəhrəman ordumuza, qazilərimizə və şəhid ailələrinə dərin ehtiramını bildirərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və milli varlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizi böyük qürur və minnətdarlıq hissi ilə yad edir.

2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və hüququn aliliyi uğrunda aparılan mübarizə olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılmışdır.

Məhz bu gün Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan Ordusu tərəfindən başladılan “Dəmir yumruq” əməliyyatı ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi və milli ləyaqət nümunəsinə çevrildi.

Vətən müharibəsində əldə olunmuş Böyük Zəfər xalqımızın milli həmrəyliyinin, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin və qəhrəman ordumuzun şücaətinin təntənəsidir.

Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması naminə bütün səylərimizi bundan sonra da davam etdirəcək, şəhidlərimizin xatirəsini uca tutaraq gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Bütün Xəbərlər