Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır

Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır
30.06.2026 20:46 Tədbirlər

Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq genişlənir, Ağdamda sənaye və kənd təsərrüfatı sahələrində yeni birgə layihələr həyata keçirilir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

Samir Şərifov bildirib ki, hazırda Azərbaycan ilə Belarus arasında münasibətlər bir çox istiqamətlər üzrə sürətlə inkişaf edir.

Onun sözlərinə görə, ticarət-iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Qarşılıqlı ticarətin şaxələndirilməsinə, investisiya və sənaye kooperasiyası sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Baş nazirin müavini qeyd edib ki, hər iki ölkənin iqtisadi potensialı və bir-birini tamamlayan imkanları əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

O əlavə edib ki, humanitar və mədəni əlaqələr də gündən-günə möhkəmlənərək xalqları daha da yaxınlaşdırır.

Samir Şərifov məmnunluqla bildirib ki, bu istiqamətdə artıq konkret layihələrin icrasına başlanılıb.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkında Belarusla birgə lift və eskalator istehsalı üzrə müəssisə yaradılır və burada istehsal olunacaq liftlər Ağdamda inşa edilən binalarda quraşdırılacaq.

Baş nazirin müavini bildirib ki, bununla yanaşı, Ağdam rayonunun Qızıl Kəngərli kəndində müasir quşçuluq kompleksinin layihələndirilməsi üzrə işlərə də başlanılıb.

O vurğulayıb ki, Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir və gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar 20:48 Venesuelada zəlzələnin acı fəsadları - Yarım milyon insan ac qala bilər... 21:15 Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə etdilər 21:20 ABŞ NATO ölkələrindən hesabat tələb edir 20:56 Bu ərazilərdə QAZ olmayacaq 20:43 Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşdü 21:03 Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR 20:26 Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır 20:46 "Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu 20:40 Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO 20:36 Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ 20:14 Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu 20:08 Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur 20:09 Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib 20:06 Türkiyə-İsrail gərginliyində Azərbaycan işığı 19:59 Kuba ABŞ ilə dialoqa hazırdır, lakin bir şərtlə... 19:48 Dünyada rekord sayda milyarder qeydə alındı - Lider... 19:31 Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı 19:03 Niderland ordusu 2028-ci ilədək Litvada qalacaq? - Krallıq bəyan etdi 18:21 "Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu? 18:29 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeddinci nümunəvi çimərlik açıldı 18:24 Ceyhun Bayramov Katrin Bomberger ilə görüşdü 18:11 Toza, palçığa və çirklənməyə meydan oxuyan silah: SIG516 platformasının 15 illik qlobal uğur xronikası 17:49 Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi... 17:46 Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı 17:33 Bütün Xəbərlər