Razi Nurullayev: "Təkcə qadağa problemi həll etmir"

Razi Nurullayev: "Təkcə qadağa problemi həll etmir"
17.12.2025 12:33 Cəmiyyət

"Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı müzakirə edilən qanun dəyişiklikləri cəmiyyətdə ciddi müzakirələr doğurur. Bu məsələyə ilk növbədə ictimai sağlamlıq baxımından yanaşmaq lazımdır". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, elektron siqaretlər xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə yayılıb və çox vaxt zərərsiz alternativ kimi təqdim olunur:

"Halbuki bu məhsulların tərkibində nikotin və digər kimyəvi maddələr var, onlar asılılıq yaradır və ürək-damar, eləcə də tənəffüs sistemi üçün real risklər daşıyır.

Qadağanın əsas məqsədi gənc nəslin sağlamlığını qorumaq və nikotin asılılığının daha da genişlənməsinin qarşısını almaqdır. Bu baxımdan qanuna təklif edilən dəyişikliklər müəyyən mənada əsaslı və başadüşüləndir. Eyni zamanda unutmaq olmaz ki, təkcə qadağa ilə problemi tam həll etmək mümkün deyil. Əgər paralel şəkildə maarifləndirmə aparılmasa və effektiv nəzarət mexanizmləri qurulmasa, qeyri-qanuni satışın və qara bazarın artması riski də yarana bilər. Bu isə daha keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəyə çıxmasına səbəb ola bilər".

Deputat əlavə edib ki, uzun illər siqaret çəkən və elektron siqareti tərgitmə vasitəsi kimi görən insanlar da nəzərə alınmalıdır. Belə şəxslər üçün alternativ tibbi və psixoloji dəstək mexanizmləri formalaşdırılmasa, onların yenidən ənənəvi siqaretə qayıtmaq ehtimalı arta bilər:

"Hesab edirəm ki, elektron siqaretlərlə bağlı qanuna edilən dəyişikliklər kompleks yanaşma ilə icra olunmalıdır. Məqsəd cərimə və qadağa tətbiq etmək yox, cəmiyyətin sağlam gələcəyini qorumaq olmalıdır. Yalnız bu halda qəbul edilən dəyişikliklər real və uzunmüddətli müsbət nəticələr verə bilər", - deyə Razi Nurullayev qeyd edib.

Xatırladaq ki, Milli Məclis Azərbaycanda elektron siqaretlərin qadağan olunması haqqında qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin ölkədə idxalı, istehsalı, satışı və istifadəsi qadağan edilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Bütün Xəbərlər