Nəsimi Rayon Bələdiyyəsində korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət mövzusunda tədbir keçirildi

Nəsimi Rayon Bələdiyyəsində korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət mövzusunda tədbir keçirildi
10.07.2026 12:30 Cəmiyyət

Nəsimi Rayon Bələdiyyəsində "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" mövzusunda tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Nəsimi Rayon Bələdiyyəsinin sədri Əziz Zeynalov, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, bələdiyyə nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, dövlət idarəçiliyində şəffaflığın artırılması, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin bu proseslərdə rolundan danışıblar. Çıxışlarda qanunvericilik bazasının təkmilləşdirilməsi, mövcud qanunların effektiv icrası, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və dövlət-vətəndaş əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizədə təkcə hüquqi mexanizmlərin deyil, həm də maarifləndirmə tədbirlərinin, ictimai nəzarətin və media fəallığının mühüm rolu var. Eyni zamanda, elektron xidmətlərin inkişafı, bələdiyyələrin institusional imkanlarının artırılması və beynəlxalq təcrübənin öyrənilməsinin bu sahədə müsbət nəticələr verə biləcəyi qeyd olunub.

Tədbir çərçivəsində iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
11 gün yatmadan, yemədən uçdu: Alimləri heyrətləndirən quşun sirri 00:59 Antarktidada qışın ortasında inanılmaz hadisə - Temperatur müsbətə qalxdı 22:41 Okeanlarda həyatı məhv edə biləcək proses başladı – Alimlər həyəcan təbili çalır 22:24 İnsan Yer tarixində “son saatda” meydana çıxıb 22:10 İran Süleymaniyəyə güclü zərbələr endirir - VİDEO 01:27 “Taktiki bomba ilə məhv ediləcək” – İranla bağlı iddia 00:44 SON DƏQİQƏ: İsrailin Bəhreyndəki səfirliyində partlayış oldu - İDDİA 00:40 İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı 00:29 Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Bütün Xəbərlər