Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirici tədbirlər təşkil edildi

Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirici tədbirlər təşkil edildi
23.05.2025 10:37 Cəmiyyət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Qərb regional mərkəzləri tərəfindən Gəncə, Gədəbəy, Quba və Qusarda “Ayrı-seçkiliklə mübarizə və bərabərlik hüququnun təmini”, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi”, “Gender bərabərliyi: hüquqlarımız və  vəzifələrimiz” və “Ailə cəmiyyətin və dövlətin özəyi, milli-mənəvi dəyərlərin daşıyıcısıdır” mövzularında silsilə hüquqi maarifləndirici tədbirlər təşkil edilib.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirlərdə müvafiq mövzular üzrə çıxışlar dinlənilib, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə iştirakçılara məlumat verilib.

Eyni zamanda, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərlə bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə Müvəkkilin mandatının genişləndiyini qeyd olunub.

Tədbirlərdə, həmçinin mövzular üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

XƏBƏR LENTİ
16 IYUN 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Bütün Xəbərlər