DVX Qarabağ Universiteti ilə əməkdaşlıq memorandumu imzaladı

DVX Qarabağ Universiteti ilə əməkdaşlıq memorandumu imzaladı
26.05.2025 10:46 Cəmiyyət

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. 

TodayPress TV bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.  Məlumata görə, qurumun rəhbərliyi Xankəndidə Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüb.

Görüşdə Universitetin mənəvi əhəmiyyəti, təhsil sahəsində mühüm mövqeyi, vergi mədəniyyətinin yüksəldilməsində potensial rolu barədə fikirlərini bölüşən O.Nəzərli Dövlət Vergi Xidmətinin təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, tədrisin cəmiyyətdə vergi orqanlarının real funksiyası barədə düzgün fikirlərin formalaşdırılmasında, biznes mühitində vergi öhdəliklərinə intizamı artırmaq və vergi ödəməyin sosial-iqtisadi əhəmiyyətini aşılamaq üçün bu biliklərin gənclərə və yeniyetmələrə düzgün çatdırılmasında əhəmiyyətini qeyd edib. 

Daha sonra tərəflər memorandum imzalayıb.

Sənəddə təlim və elmi-tədqiqat sahələrində əməkdaşlığın qurulması, ortaq layihələrin həyata keçirilməsi, tələbələrin inkişafına yönəlmiş fəaliyyətlərin təşkili və qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

Memoranduma əsasən, tərəflər təcrübə və bilik mübadiləsi aparmaqla qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu və faydalı əməkdaşlığın qurulmasını təmin edəcəklər. 

Görüş çərçivəsində Dövlət Vergi Xidmətinin rəhbərliyi Universitetin müasir tədris infrastrukturu ilə tanış olub, müəllim və tələbə heyəti ilə görüşüb. Ş.Bayramov qonaqlara tələbələrin qəbulu ilə bağlı statistik göstəricilər barədə ətraflı məlumat verib.

Rektor işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməyin qürurundan bəhs edərək vurğulayıb ki, tarixi zəfər qazanıldığı torpaqlarda dövlətçilik ideyalarına sadiq gənclər yetişdirilməsi universitetin əsas prioritetlərindəndir. Ş.Bayramov Universitetin tələbələrinin hələ birinci kursdan etibarən müxtəlif elmi konfranslarda, beynəlxalq layihələrdə uğurla iştirak etdiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, universitetin rəhbərliyi gənclərin regionun tələbatına uyğun yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi istiqamətində Dövlət Vergi Xidmətinin timsalında müxtəlif təşkilat və qurumlarla faydalı əməkdaşlıqda maraqlıdır. 

O.Nəzərli yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasında Universitetin əhəmiyyətini vurğulayıb.

O, bildirib ki, bu tədris ocağının təsis edilməsi dövlətimizin işğaldan azad olunmuş ərazilərdə təhsilə dəstəyinin ifadəsidir. Bu addımlar bölgədə təhsil ənənələrinin bərpasına, gənclərin təhsilə olan marağının artmasına və regionun inkişafına təkan verir.

O.Nəzərli görüş iştirakçılarına ölkəmizdə vergi inzibatçılığının inkişaf prioritetləri, vergi orqanlarının fəaliyyəti, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, tədrisə yanaşmalar və peşəkar səriştələrin artırılması istiqamətində tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd edib ki, cəmiyyətdə vergi intizamının yüksəldilməsində maarifləndirmə işinin mühüm rolu var və bu baxımdan, Universitetlə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.

Görüş iştirakçılarına, həmçinin, Dövlət Vergi Xidmətində təcrübə keçmək və işə qəbul imkanları barədə məlumat verilib.

Vurğulanıb ki, bu imkanlar tələbələrin vergi sahəsində praktiki təcrübə qazanmasına, eləcə də gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına şərait yaradır. Xidmət bu istiqamətdə gənclərin inkişafına xüsusi önəm verir.

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər