Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək

Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək
13.03.2026 17:00 Cəmiyyət

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək.

TodayPress TV xəbər verir ki, Attestasiya Komissiyası tərəfindən yoxlayıcıların  peşə (təhsili və təcrübəsi) və nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik aktları üzrə biliklərinin qiymətləndirilməsi aparılacaq.

“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na əsasən, ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslər, eləcə də bu sahədə akkreditasiya olunan qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları attestasiya olunmaq məqsədilə 31 mart 2026-cı il tarixədək müvafiq ərizə formasını (“Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavə) doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Attestasiyadan uğurla keçmiş yoxlayıcılara Agentlik tərəfindən 5 il müddətinə qüvvədə olan attestat təqdim ediləcək.

Tarix: 07 aprel 2026-cı il, saat 15:00-17:00

Məkan: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin inzibati binası

Ünvan: Üzeyir Hacıbəyov küçəsi 84, Hökumət Evi, 7-ci qapı.

XƏBƏR LENTİ
31 IYUL 2026
Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Bütün Xəbərlər