Məhkumluqdan azad olunmasına üç ay qalmış daha 78 nəfərlə bağlı qiymətləndirmə aparıldı

Məhkumluqdan azad olunmasına üç ay qalmış daha 78 nəfərlə bağlı qiymətləndirmə aparıldı
27.05.2025 12:52 Cəmiyyət

Onlar azadlığa çıxdıqdan sonra sosial-psixoloji yardım xidmətinə cəlb ediləcəklər. 

TodayPress TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq, Agentliyin əməkdaşları cəzaçəkmə müəssisələrində növbəti görüşlər keçiriblər. 

8,9,10,11,12,13 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza müddətinin sonuna az qalmış məhkumlarla keçirilən görüşlərdə iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib. 

“İnsan hüquqlarının müdafiəsi” mövzusunda təqdimat edilib və məhkumları maraqlandıran suallar cavablandırılıb.  Bildirilib ki, Agentliyin mütəxəssisləri məhkumluqdan azad olunan şəxslərin ailələrinə səfərlər edir, onların qiymətləndirməsini aparır və nəticəyə uyğun olaraq sosial-psixoloji, həmçinin sosial reabilitasiya yönümlü digər müvafiq xidmətlərlə təmin olunmalarında dəstək göstərirlər. 

Görüşlərdə cəzaçəkmə müddətinin bitməsinə üç ay müddət qalmış 78 məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib. 

Həmin şəxslər azadlığa çıxdıqdan sonra sosial-psixoloji yardım xidmətinə cəlb ediləcəklər.

FOTOLAR

Məhkumluqdan azad olunmasına üç ay qalmış daha 78 nəfərlə bağlı qiymətləndirmə aparıldı — 1
Məhkumluqdan azad olunmasına üç ay qalmış daha 78 nəfərlə bağlı qiymətləndirmə aparıldı — 2
Məhkumluqdan azad olunmasına üç ay qalmış daha 78 nəfərlə bağlı qiymətləndirmə aparıldı — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Bütün Xəbərlər