İşləməyən QR kodlar: Alıcılar ƏDV-nin qaytarılmamasından narazıdır – SƏBƏB NƏDİR?

İşləməyən QR kodlar: Alıcılar ƏDV-nin qaytarılmamasından narazıdır – SƏBƏB NƏDİR?
07.08.2025 17:01 Cəmiyyət

“50 manatlıq məhsul aldım, amma ƏDV geri qaytarılmadı”, “QR kodu tətbiqə skan etsək də, sistem imtina verdi” – bu kimi şikayətləri alıcılardan tez-tez eşitmək olur.

Bəzi vətəndaşlar alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) geri qaytarılmaması ilə bağlı narazılıq edirlər. Onlar bildirirlər ki, təqdim edilən qəbzlərdəki QR kodlar işlək vəziyyətdə olmadığına görə, ödənilən vəsaitin müəyyən hissəsini geri qaytara bilmirlər.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli TodayPress TV-yə açıqlamasında bildirib ki, bütün məhsullar ƏDV-yə cəlb olunmur.

Onun sözlərinə görə, ƏDV yalnız bu vergiyə cəlb olunan məhsullara və ƏDV ödəyicisi olan müəssisələrə şamil edilir. Yəni bəzi məhsullar ümumiyyətlə ƏDV-dən azaddır və bu məhsullara görə vəsaitin geri qaytarılması mümkün deyil.

"Məsələn, kənd təsərrüfatı məhsulları, çörək və quşçuluq məhsulları qiymət artımının qarşısını almaq məqsədilə ƏDV-dən azad olunub. Bu, sosial həssas təbəqələrin qorunması məqsədi daşıyır. Bundan başqa, bəzi mağazalar sadələşdirilmiş vergi ödəyicisi statusuna malikdirlər və onlar ƏDV ödəmədikləri üçün müştərilərə də ƏDV-ni geri qaytara bilmirlər".

İqtisadçı vurğulayıb ki, bu proses birbaşa sahibkar tərəfindən deyil, dövlət tərəfindən tənzimlənir:

"ƏDV prosesi belə işləyir: məhsulun qiymətinə əvvəlcə 18 faiz əlavə olunur. Əgər ödəniş kart vasitəsilə həyata keçirilərsə, bu 18 faizdən 17,5 faizi dövlət tərəfindən toplanır və onun 13,15 faizi müştəriyə geri qaytarılır. Qalan 4,35 faiz isə vergi kimi dövlət büdcəsinə yönləndirilir. Bu, vergi ödəyicisi olaraq hər birimizin borcudur".

Ekspertin fikrincə, istehlakçılar bu proses barədə daha məlumatlı olmalı, hansı məhsulun və ya müəssisənin ƏDV ödəyicisi olduğunu əvvəlcədən bilməlidirlər:

"ƏDV-nin geri qaytarılması bütün məhsul və ya mağazalara şamil olunmur. Dövlət tərəfindən ƏDV tutulmayan məhsullarla bağlı geri qaytarılma mexanizmi də mövcud deyil. Müştərilər maariflənməli və prosesin necə işlədiyini başa düşməlidirlər", - deyə Xalid Kərimli fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

FOTOLAR

İşləməyən QR kodlar: Alıcılar ƏDV-nin qaytarılmamasından narazıdır – SƏBƏB NƏDİR? — 1
XƏBƏR LENTİ
13 AVQUST 2026
Fransa İslam fondunu faydasız hesab etdi, maliyyə dəstəyini dayandırdı 18:01 Çin və Belarus birgə hərbi təlimə başladı 17:52 Sanae Takaiçi xalqa müraciət etdi 17:44 Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Prezidentin bəyanatları xarici mətbuatın gündəmində 17:26 Elon Mask Grok 4.6-nı təqdim etdi 17:14 Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var 16:52 Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Bütün Xəbərlər