Yollar yalnız avtomobillər üçün deyil! - İRAD

Yollar yalnız avtomobillər üçün deyil! - İRAD
27.11.2025 16:50 Cəmiyyət

"Bakıda avtobus zolaqlarının tətbiqi ictimai nəqliyyatın daha səmərəli və vaxtında işləməsinə imkan yaradır".

Bu barədə TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.


Onun sözlərinə görə, son illər şəhər mühitində hərəkətin bütün istifadəçilər üçün sərbəst təşkili məqsədilə avtobus zolaqlarının çəkilməsi dövlət proqramında da təsbit olunub:

"İctimai nəqliyyatla hərəkət edən sərnişinlər artıq daha qısa müddətdə mənzil başına çatdıqlarını və dayanacaqlarda uzun gözləmə hallarının azaldığını bildirirlər. Bu da intervalların qısalması və avtobus sayının artması ilə mümkün olub". 

Ekspert əlavə edib ki, müəyyən qədər narazılıq bildirən sürücülər olsa da, hər bir vətəndaş həm piyada, həm sərnişin, həm də sürücü kimi şəhər hərəkətinin bütün tərəflərini anlamalıdır:


“Bu hərəkət hamı üçün sərbəst olmalıdır. Avtobus zolaqlarının məqsədi yalnız ictimai nəqliyyatın daha stabil və davamlı hərəkətini təmin etməkdir. Gələcəkdə ictimai nəqliyyata maraq daha da artacaq. Bunun səbəbi isə həm avtobus şəbəkəsinin genişlənməsi, həm də metroda aparılan genişmiqyaslı yenidənqurma işləridir: yeni stansiyalar, depolar və qatarlar şəhər nəqliyyatının yükünü yüngülləşdirəcək".

Eldəniz Cəfərov vurğulayıb ki, şəhərləşmə prosesi bütün dünyada sürətlənib. Yalnız avtomobilləşməyə üstünlük vermək gələcəkdə hərəkət azadlığını daha da məhdudlaşdıra bilər. Buna görə də nəqliyyat sistemi şaxələndirilməlidir:

"Yollar yalnız avtomobillər üçün deyil. Yaxın gələcəkdə tramvay xətlərinin də çəkilməsi planlaşdırılır. Bakıda tıxacların yaranma səbəbləri çoxşaxəlidir və avtobus zolaqları bu problemlərin əsas mənbəyi deyil. Tıxaclar daha çox yol infrastrukturu, şəhərsalma nöqsanları, tikinti özbaşınalıqları ilə bağlıdır. Avtobus zolaqlarının funksiyası yalnız ictimai nəqliyyatın hərəkətini təmin etməkdir".

Mütəxəssis qeyd edib ki, salınan avtobus zolaqları yalnız şəhərdaxili ictimai nəqliyyat avtobuslarına aiddir. Şəhərlərarası, özəl şirkətlərə və ya dövlət qurumlarına məxsus avtobusların bu zolaqlardan istifadə hüququ yoxdur.


"Proses mərhələli şəkildə genişlənməli və ictimai nəqliyyatın inkişafı şəhərin gələcək yükünü qarşılamaq üçün əsas prioritet olmalıdır", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Bütün Xəbərlər