AmCham Azərbaycan “Mövqe Sənədi” hazırladı

AmCham Azərbaycan “Mövqe Sənədi” hazırladı
06.10.2025 15:56 Cəmiyyət

2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən mövcud güzəştlərin qüvvədən düşməsi ilə bağlı gözlənilən qərara dair qabaqcıl biznes nümayəndələrinin baxışları və biznesin ümumi hazırlıq səviyyəsi nəzərə alınmaqla AmCham Azərbaycan tərəfindən “Mövqe Sənədi” hazırlanmışdır.

TodayPress TV xəbər verir ki, sənəddə məsələnin aktuallığı, biznes mühitinə və əmək bazarına mümkün təsirləri geniş şəkildə təhlil edilmiş, nəticədə gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları üzrə qüvvədə olan müvəqqəti güzəştlərin mərhələli şəkildə ləğv edilməsi təklif edilmişdir.

Belə ki, bu yanaşma keçid dövründə işçi gəlirlərinə mənfi təsirlərin minimuma endirilməsi və iqtisadi sabitliyin qorunmasına imkan verərdi. 

Eyni zamanda, “Mövqe Sənədi”ndə işçilərin xalis gəlirlərinin qorunmasını təmin etmək məqsədilə işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi, eləcə də uzunmüddətli perspektivdə görülməli olan tədbirlərə dair təkliflər də öz əksini tapmışdır.

AmCham Azərbaycan inanır ki, “Mövqe Sənədi”ndə irəli sürülmüş bu təkliflərin reallaşdırılması sözügedən istiqamətdə vergi sistemində tədrici və balanslaşdırılmış keçidi təmin etməklə yanaşı, qeyri-neft sektorunda məşğulluğun və rəqabətliliyin qorunmasına töhfə verəcəkdir.

“Mövqe Sənədi” ilə daha yaxından tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: 

Mövqe Sənədi

Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan 300-ə yaxın üzv şirkəti təmsil edən aparıcı biznes assosiasiyası kimi ölkədə əlverişli biznes mühitinin təşviqinə yönəlmiş fəaliyyətini aktiv şəkildə davam etdirir.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Dünya çempionatında bir idmançımız yoluna davam edir 12:14 İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT 11:45 Qalibaf İraqa gedir 11:07 Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi 11:26 Yer kürəsində maqnit fırtınası başladı – XƏBƏRDARLIQ 10:59 Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya 10:58 Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Bütün Xəbərlər